Texnikabank” əmanətçiləri kompensasiya üçün “Muğanbank” və “Rabitə Bank”a müraciət edə bilərlərbackend

Texnikabank” əmanətçiləri kompensasiya üçün “Muğanbank” və “Rabitə Bank”a müraciət edə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

Ərizə formalarını qorunan əmanətçilər 12 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Texnikabank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri:

(012) 596 65 91/92/93 və“941” nömrəli qaynar xətt

İnterpress.az