Bakıdakı Formula 1-in biletlərinin qiyməti açıqlandıbackend

Bakıdakı Formula 1-in biletlərinin qiyməti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın SalamNews-a istinadən məlumatına görə, Bakı Şəhər Halqasından bildiriblər ki, biletlər müxtəlif kateqoriyalara görə 19 – 472 dollar (739 manat) arasında dəyişəcək.
Belə ki, \”Abşeron\” tribunasına (3 gün) olan biletlərin qiyməti 472 dollar, \”İçərişəhər\” tribunasına 294 dollar, \”Muğam\” 245 dollar, Qız Qalası 188 dollar, \”Bulvar\” 120 dollar , \”Ayaqüstü\” zona isə 19 dollar müəyyən edilib.
Bakı Şəhər Halqasından onu da bildiriblər ki, cari bilet qiymətlərində dəyişiklik etmək hüququna da malikdirlər. Bütün bilətlərin qiyməti dollarla təyin edilib. Gündəlik məzənnəyə uyğun qiymətlər dəyişə bilər. Qiymət dəyişikliyi satılmış biletlərə şamil olunmayacaq.
Ümumilikdə 30 minə qədər tamaşaçı eyni vaxtda yarışları canlı izləyə biləcək.

İnterpress.az