Xədicə İsmayılın həbsdə tərcümə etdiyi kitab işıq üzü gördübackend

Xədicə İsmayılın həbsdə tərcümə etdiyi kitab işıq üzü gördü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə xəbəri Azadlıq qəzetinin köşə yazarı, publisist Elnur Astanbəyli öz şəxsi facebook hesabında yazıb.

O, bildirib ki, \”Dostlar, yaxşı xəbər var. Əziz Xədicə İsmayilın həbsxanada Azərbaycan türkcəsinə çevirdiyi Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” romanı işıq üzü gördü. 1983-cü ildə İrandakı siyasi rejimı qarşı mübarizəyə qoşulduğu üçün həbs edilən anasının saxlanıldığı Evin həbsxanasında doğulan Səhər Delicaninin bu ilk romanı indiyədək 28 dilə çevrilib, 75-dən çox ölkədə nəşr olunub. Roman məhz İrandakı siyasi rejiməq arşı mübarizə aparanların ağır taleyini, başlarına gətirilən əzabları, işgəncələri anladır, sönməyən azadlıq arzularından danışır.

Səhər Delicani bu romanının Azərbaycan türkcəsində nəşrinə ön söz yazıb, əsrinin heç bir tərcüməsinin Xədicənin çevirməsi qədər onu heyran etmədiyini yazıb, onun azadlığa buraxılacağı və Xədicəni qucaqlayıb bağrına basacağı günü ümidlə gözlədiyini bildirib.

Xədicə İsmayılın həbsdə tərcümə etdiyi kitab işıq üzü gördü

Yəqin ki, cəsur dostumuzun dəmir barmaqlıqlar ardında da boş dayanmayaraq çevirdiyi romanın yaxın vaxtlarda təqdimatı olacaq, bu haqda və romanı necə əldə etmək barədə əlavə məlumat olacaq.\”

Buna qədər Xədicə İsmayıl bir çox kitabı dilimizə tərcümə edib. O, həmçinin Xalid Hüseyninin kitablarını dilimizə tərcümə etmişdir. Jurnalist həbs olunduqdan sonra dünyada məşhur yazıçı Xalid Hüseyni, jurnalist Xədicə İsmayılın həbsinə münasibət bildirmiş və Azərbaycan hökumətindən jurnalisti dərhal azad etməyi tələb etmişdi.

Jurnalist Xədicə İsmayıl Beynəlxalq İnsan Hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınır.

Xədicə İsmayılın həbsdə tərcümə etdiyi kitab işıq üzü gördü

Xədicə İsmayılın həbsdə tərcümə etdiyi kitab işıq üzü gördü

İnterpress.az