Hadı Rəcəblinin qoyun təklifibackend

Hadı Rəcəblinin qoyun təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli əhaliyə ünvanlı sosial yardımların əvəzində qoyun verilməsini təklif edib. H. Rəcəbli bu yolla insanların əməyə cəlb edilməsinin mümkünlüyünü bildirib: “Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində biri erkək olmaq şərti ilə, 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələ baxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür”.

Hadı Rəcəblinin qoyun təklifi

Xatırladaq ki, bir müddət öncə də deputat Aqil Abbas etiraz aksiyalarında iştirak edən adamlara xitabən soğan əkərək dolanışıqlarını təmin etməyi məsləhət görmüşdü.
Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında hər iki təklifdə pis məna olmasa da, insanlarda müəyyən dərəcədə qıcıq yarada biləcəyini dedi: “Biz bu məsələlərdə daha həssas davranmalıyıq ki, əhalinin bugünkü vəziyyətində bu ifadələr işlənməsin. Bəlkə hər iki sözdə müəyyən qədər həqiqət var. İnsanların müəyyən dərəcədə vəziyyətini yüngülləşdirmək üçün addımlar atılmalıdır. Amma bu formada ifadələr əhalidə müəyyən qıcıqlar yarada bilər. Ona görə də daha fərqli bir üslubda həqiqətləri söyləmək yerində olar. Amma burada da müəyyən maraqlı məqamlar var. Bilirəm ki, burada ancaq xoş niyyətlə deyilmiş fikirlərdir. Təsərrüfatın inkişafı, kənd təsərrüfatının dirçəlməsi, müəyyən problemlərin çözülməsi üçün belə bir fikir işlənə bilər”.

Hadı Rəcəblinin qoyun təklifi

Deputat Hadı Rəcəblinin fikirlərinə münasibət bildirən həmkarı Vahid Əhmədov azvision.az-a açıqlamasında qeyd edib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən qalmaqal doğuran təkliflə bağlı pilot layihələr hazırlanır. Deputatın sözlərinə görə, beynəlxalq maliyyə qurumları ilə birlikdə Göyçayda pilot layihə həyata keçirilib: “Ünvanlı sosial yardım alanlardan kimsə sahibkarlıqla, digəri heyvandarlıqla məşğul olmaq istəyir. Onlara bu yardım göstərilir. Əgər razılıq verirsə, onlara belə köməklik göstərilir. Bu layihə digər regionlarda da həyata keçiriləcək. Hazırda bu məsələ gündəmdədir. Konkret olaraq hər kəsə qoyun verilməsi doğru yanaşma deyil. Bu forma nəzərdə tutulmayıb”.

V.Əhmədov hesab edir ki, yeni layihədə məqsəd ələbaxımlığı aradan qaldırmaq, iş yerlərinin yaradılmasıdır: “İnsanların fərdi təsərrüfat sahəsini yaratmasına köməklik göstərən belə pilot layihələrin olması çox müsbət addımdır”.

Maraqlıdır, doğrudan da qoyun saxlamaqla və ya soğan əkməklə bir ailə dolanışığını təmin edə bilərmi?

Hadı Rəcəblinin qoyun təklifi

İqtisadçı ekspert Rəşad Həsənov sosial yardımların uzunmüddətli verilməsinin əhalidə pis vərdiş yaratdığını bildirdi: “Dünya praktikasında da qəbul olunub ki, ünvanlı sosial yardımlar, işsizliyə görə verilən müavinətlər uzunmüddətli dövrdə veriləndə əhalidə mənfi vərdişlərin formalaşmasına səbəb olur. Bu məşğulluğun, birliyin aşağı düşməsinə və dövlətin sosial yükünün artmasına səbəb olur. Bu baxımdan da müxtəlif ölkələr fərqli praktikalar həyata keçirir. Burada əsas məqsəd də məşğulluğun təmin edilməsi ilə bağlı olur. Burada dövlətin əsas siyasəti ünvanlı sosial yardımların verilməsinin əhatə dairəsinin genişləndirilməsi deyil, uzunmüddətli dövr üçün məşğulluğun təmin edilməsi olmalıdır. İnsanların əmək şəraiti yaxşılaşdırılmalı, orta aylıq gəlirlər artırılmalıdır. Azərbaycan əvvəlki dövrlərdə BMT-yə görə orta gəlirli ölkələr siyahısına düşsə də, hazırkı məzənnə ilə az gəlirli ölkə hesab olunur. Əhalinin müəyyən bir qismində gəlirlər ehtiyac meyarının səviyyəsindən də aşağıdır. Bu baxımdan da dövlət məcburi sosial yardım siyasəti həyata keçirib. Bunun isə əhatəsinin geniş olması ölkədə yoxsulluq səviyyəsinin yüksək, gəlirlərin isə aşağı olmasına dəlalət verən bir faktordur”.

Ekspert bildirdi ki, dövlət paralel olaraq əhalinin məşğulluğunun təmin edilməsi, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı yanaşma ortaya qoymalıdır: “Bu gün 160 manat sosial yardım verilir. Yeni qaydalarla nəzərə alsaq ki, bu sosial yardım iki il müddətinə verilir. Bu da 4 min manata yaxın vəsait edir. Eyni zamanda ölkə prezidentinin verdiyi fərmanla sosial yardımların da məbləğində 10 faiz artım olub. Burada da təxminən 4000-4500 manat vəsaitdən söhbət gedir. Hökumət ailələrlə, vətəndaşlarla fərdi söhbət apararaq bu vəsaiti birdəfəlik ödəməklə hansısa biznesin, təsərrüfatın qurulmasına onlara kömək ola bilər”. (MUSAVAT.COM)

İnterpress.az