Deputat məktəbəqədər təhsillə bağlı təkliflər verdibackend

Deputat məktəbəqədər təhsillə bağlı təkliflər verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

“Gələcəkdə təhsil sahəsi ilə bağlı 10 qanunun hazırlanması və qəbulu nəzərdə tutulub ki, onlardan biri də məktəbəqədər təhsillə bağldır. Bu sahə həm cəmiyyəti, həm də dövləti düşündürür.

Dövlət başçısı tərəfindən bununla bağlı xüsusi tapşırıq verilib, sərəncamlar imzalanıb. Bu məsələdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın da təşəbbüslərini alqışlayırıq. Bilirsiniz ki, uşaq təlim tərbiyə müəssisələrinin şəbəkəsinin genişləndirilməsi və onların müasir şəkildə qurulması üçün Fond tərəfindən böyük addımlar atılıb, işlər görülüb”.

Deputat məktəbəqədər təhsildəki yaş məsələsini xüsusi vurğulayıb:

“Niyə biz bunu məktəbəqədər təhsil adlandırırıq. Əslində bu, geniş mənada tərbiyə və təhsili özündə ehtiva edir. O zaman burada müəyyən sullar ortaya çıxacaq. Əgər məktəbəqədər təhsil 3 yaşdan başlayırsa, təhsildəki 3 yaşdan başlamalıdır və ya qanunda nəzərdə tutulduğu kimi 5 yaşdan başlamalıdır. Uşaq anadan olandan ömrünün sonuna qədər tərbiyə prosesi kəsilməz və davamlı olmalıdır. Hazırlanacaq qanun layihəsində bu müstəvidə axtarışlar edilməli, yanaşmalar müəyyənləşdirilməlidir.

Biz bu gün gözləyirik ki, məktəbəqədər təhsillə bağlı özəl şirkətlər və iş adamları öz təşəbbüslərini irəli sürməlidirlər. Həmin müəssisələrdə çalışan işçilərin övladlarına qayğının göstərilməsi bütövlükdə ölkədə gələcək nəslin yetişdirilməsi, onların inkişaf etdirilməsi, gələcək əmək bazarı üçün rəqabət qabiliyyətli kadrların məhz uşaq yaşından onların peşə yönlərini müəyyənləşdirməkdə maraqlı olmalıdırlar.

İqtisadiyyatımızın 85 faizini özəl sektor təşkil etdiyi üçün həmin müəəsiələrin aktiv olması üçün çağırış etməliyik. Əsas vəzifə valideynlərin uşaqlarla məktəblə, cəmiyyətlə əlaqəli şəkildə yalnız məktəbəqədər təhsilin öhdəsinə buraxmaq və yalnız onlardan tələb etmək qətiyyən düzgün olmayacaq. Biz qanunda bütün bunları nəzərə almalıyıq. Uşaqlar müstəqil, tənqidi düşünə bilən düşüncəyə malik şəxsiyyət kimi formalaşmalıdır.

Uşaqlar məktəbə belə gəlməlidirlər. Ən vacib məsələrdən biri əxlaq dəyərlərin formalaşdırılmasıdır.

Biz uzun müddətə hesablanmış qanun layihəsi hazırlamalıyıq. Geniş tərkibdə işçi qrupunun yaradılması zərurəti ortaya çıxıb. Biz bu gün təminatının hansı səviyyədə olmasını müzakirə etmirik. Çünki, təminat bizi qane etmir. Uşaq bağçalarının əlbəttə məhdud olması bir sıra problem yaradır. Lisenziyalar haqqında qanunda bu sahənin də lisenziyaları nəzərdə tutulub.

Buna da qanunda baxılmalıdır. Bu məsələyə nəzarət gücləndirilməlidir ki, gələcək nəsillərin formalaşmasına hər hansı səhvə yol verilməsin. Bu baxımdan düşünürəm ki, işçi qrupunu ağır iş gözləyir və düşünürəm ki onlar bu işin öhdəsindən uğurla gələcəklər. 1 ay müddətində işçi qrupu qanun layihəsinin ilkin variantını təqdim edəcək”.

İnterpress.az