İŞİD Azərbaycanın “qapısını döyür”backend

İŞİD Azərbaycanın “qapısını döyür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzetin bununla bağlı təhlil apararaq İŞİD-in İran və İraqda düşərgə qurmaq şanslarının minimum olduğunu yazıb. Bu isə terror təşkilatının növbəti dayanacağı kimi Qafqazın daha əlverişli olması anlamına gəlir.

Aparıcı dünya dövlətlərinin cəhdlərinə baxmayaraq İŞİD silahlı qruplaşmasını zərərsizləşdirmək mümkün olmayıb. Əksinə adıçəkilən terror qruplaşması özünün yayılma arealını artırmaqla getdikcə daha geniş coğrafiyanı əhatə etməkdədir. Bu baxımdan İŞİD təhlükəsi Azərbaycan üçün də həlli vacib məsələlər sırasındadır.

Bu baxımdan bir müddət öncə Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsində müzakirə olunan məsələlər maraq doğurmaya bilməz. Qeyd edək ki, seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Dini radikalizmə qarşı mübarizədə hüquq mühafizə orqanlarının rolu və fəaliyyətinin əlaqələndirilməsi” mövzusunda çıxış edərək olduqca mühüm mesajlıar verib.

Şöbə müdiri bildirib ki, dünyada geniş vüsət almış dini radikalizm və ekstremizm meyillərinin Azərbaycandan da yan keçmir: “Ölkəmizdə dini radikalizm meyillərinin yayılması əsas etibarilə xarici faktorlarla, bəzi dövlətlərin fəaliyyəti ilə bağlıdır. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərirlər”.

Azərbaycanda dini radikalizmin əsasən radikal vəhhabilik və ifrat şiəlik formasında təzahür etdiyini bildirən Fuad Ələsgərov vurğulayıb ki, onların təbliğatı bir qayda olaraq xaricdə təhsil almış azərbaycanlılar tərəfindən həyata keçirilir. İndiyədək xarici ölkələrdə 3 minə yaxın azərbaycanlı dini təhsil alıb və bu gün dövlətçilik əleyhinə yönələn tədbirlərin təşkilatçısı qismində çıxış edən dindarların böyük əksəriyyəti məhz həmin şəxslərdir.

Qeyd olunub ki, hazırda dini radikalizmlə mübarizə Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları qarşısında duran əsas vəzifələrdən biridir. Xüsusilə son dövrlərdə dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik, institusional və praktiki tədbirlər həyata keçirilib.
Şöbə müdiri diqqətə çatdırıb ki, Suriya və İraqda silahlı münaqişələrin başlandığı dövrdən on minlərlə əcnəbi həmin ölkələrə gələrək İŞİD terrorçu qruplaşmasının sıralarına qoşulub. Onların arasında Azərbaycandan da radikal vəhhabiliyə mənsub şəxslər olub. Bu şəxslərin geri qayıtdıqdan sonra ölkəmiz üçün yarada biləcəkləri təhlükə nəzərə alınaraq onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri addımlar atılıb.

Fuad Ələsgərov eyni zamanda vurğulayıb ki, cinayət törətmiş radikal dini təriqət üzvlərinin həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması ilə iş bitmir. Belə şəxslərin fəaliyyəti istər cəzaçəkmə müəssisələrində, istərsə də cəzalarını çəkib qurtardıqdan sonra hüquq mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılmalıdır.

Göründüyü kimi, bir vaxtlar terror aktlarının səsini yalnız uzaqlardan eşitdiyimiz İŞİD artıq Azərbaycanın qapısını döyməkdədir. (politika.az)

İnterpress.az