Bu adanın sakinlərinə ölmək qadağan edilibbackend

Bu adanın sakinlərinə ölmək qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçin Svalbard adalarının sakinlərinə artıq 70 ildir ki, ölmək qadağan edilib. Qadağaya səbəb havaların hədsiz soyuq keçməsi və bu səbəbdən də meyitlərin çürüməməsidir.
Elm adamlarının 70 il bundan öncə Svalbard məzarlığında dəfn edilən cənazələrdən aldığı nümunələrin təhlili göstərib ki, 1917-ci ildə xeyli sayda ada sakininin ölümünə yol açan infeksion xəstəliyin mikrobları meyidlərin bədnində hələ də “yaşayır” və ölməyib. Məhz bundan sonra Svalbard məzarlığına cənazə qəbulu dayandırılıb.
1500 nəfərin yaşadığı adada ölən insanlar dəfn edilmək üçün Norveçin daha isti yerlərinə göndərilir.

İnterpress.az