ABŞ-də 136 kiloqramlıq ştanqı qaldırmaq istəyən idmançının hər iki ayağı sınıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-də ağır çəki dərəcəsində məşq edən idmançının başına dəhşətli bədbəxt hadisə gəlib. 136 kiloqramlıq ştanqı çiyin nahiyəsinə qaldırmağa çalışan idmançının hər iki ayağı ağır şəkildə qırılıb.
O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
Ağır hərəkətin icrası zamanı gənc idmançının sağ topuq və fibula sümüyü qırılıb, hər iki ayağındakı dördbaşlı əzələlər və vətərlər kəskin şəkildə qopub.
Zədələnmə o dərəcədə güclü olub ki, gərilən bağlar idmançının diz qapaqlarındakı sümük parçalarını da qopardaraq sıradan çıxarıb.
Məlum olub ki, 20 ildən artıqdır ki, peşəkar səviyyədə ağır məşqlər keçən idmançı cəmi bir həftədən sonra “Amerikanın ən güclü ustası” (America’s Strongest Master) adlı nüfuzlu turnirdə iştirak etməli imiş.
Hazırda gənc mürəkkəb cərrahiyyə əməliyyatından sonra xəstəxanada həkim nəzarətindədir.
Xuraman Etibarlı
İnterpress.аz






