Təhlükəli FOTO ÇƏKİLİŞİ: Canını təhlükəyə atan gənc son anda XİLAS OLDU – VİDEObackend

Təhlükəli FOTO ÇƏKİLİŞİ: Canını təhlükəyə atan gənc son anda XİLAS OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada dəniz kənarında foto çəkdirmək istəyən gənc az qala həyatı ilə ödəyəcəkdi.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Teriberka kəndində bir gənc maraqlı və fərqli fotoşəkil çəkdirmək istəyərkən az qala həyatını itirəcəkdi.

Dəniz kənarındakı qayalıqların kənarına çıxan gənci güclü dalğalar qəfildən ağuşuna alaraq suya sürükləməyə çalışıb.

Hadisənin bu dərəcədə təhlükəli hal almasına səbəb elə gəncin əlindəki kamera olub.

Belə ki, əlindəki fotoaparat həm onun istədiyi kadrları çəkməsinə mane olub, həm də gəncin qayalıqların çıxıntılarından tutaraq kəskin dalğalardan vaxtında qaçmasına maneçilik törədib.

Möcüzə nəticəsində ölümün pəncəsindən qurtulan gənc öz şəxsi sosial şəbəkə hesabında “Bu, həyatımda etdiyim ən axmaq hərəkət idi. Şükürlər olsun ki, hər şey yaxşı qurtardı” deyə peşmançılıq hissi ilə paylaşım edib.

Xuraman Etibarlı

İnterpress.аz