Novosibirskdə ağır xəstə olan təqaüdçü qadın yaxınlarına yük olmamaq üçün özünü 17-ci mərtəbədən atıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Novosibirsk şəhərində dəhşətli və kədərli intihar hadisəsi baş verib. Ağır xəstəlikdən əziyyət çəkən yaşlı təqaüdçü qadın yaxınlarına yük olmaq istəmədiyi üçün özünü çoxmərtəbəli binanın 17-ci mərtəbəsindən aşağı atıb.
Ahıl qadının cansız və çoxsaylı ağır sınıq xəsarətləri almış bədəni binanın giriş pilləkənində aşkarlanıb.
Hadisədən dərhal sonra mənzilə baxış keçirən yaxınları onun yazdığı ölümqabağı məktubu tapıblar.
Təqaüdçü qadın məktubunda “Sizin üçün yük olmaq istəmirəm” sözlərini qeyd edib.
Məlum olub ki, uzun müddətdir sağalmaz xəstəlikdən əziyyət çəkən qadın ailə üzvlərinin onun qayğısına qalaraq əziyyət çəkməsini istəmədiyi üçün bu sarsıdıcı addımı atıb.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən rəsmi araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






