Sankt-Peterburqdakı “Krestı-2” istintaq təcridxanasında məhbuslara yemək sifarişi xidməti yaradılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Krestı-2” istintaq təcridxanasında məhbuslar üçün yeni yemək sifarişi xidməti istifadəyə verilib.
Məlumata görə, məhbuslar artıq kameralarına lülə-kabab və bir neçə növ piroq sifariş edə bilirlər.
Bildirilir ki, yaxın vaxtlarda menyunun daha da genişləndirilməsi və pizza sifarişinin də mümkün olması planlaşdırılır.

Xuraman Etibarlı
İnterpress.az






