Dağıstanda beşiyə bağlanmış vəziyyətdə körpə meyiti TAPILDIbackend

Dağıstanda beşiyə bağlanmış vəziyyətdə körpə meyiti TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda körpənin meyiti beşiyə bağlanmış vəziyyətdə tapılıb.

İnterpress.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisə avqustun 9-da Dağıstanın Xasavyurt şəhərində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.

Məlumata görə, körpənin meyiti beşiyə kəmərlərlə bağlanmış vəziyyətdə aşkarlanıb.

İlkin məlumata əsasən, uşağın ölüm səbəbi mexaniki asfiksiya, yəni nəfəsalmanın xarici təsir nəticəsində dayanması ola bilər.

Hadisə ilə bağlı araşdırma aparılır. Körpənin ölümünün bütün hallarının müəyyənləşdirilməsi üçün müvafiq ekspertizaların keçirildiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az