Krımda Mədəniyyət Evinin direktoru və keçmiş deputatın həyətində 12 yaşlı qızın meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Krımda Mədəniyyət Evinin direktorunun həyətində bir neçə gün əvvəl itkin düşən 12 yaşlı məktəbli qızın cəsədi aşkarlanıb.
Hadisə ilə bağlı Mədəniyyət Evinin direktoru polis tərəfindən saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün hallarını araşdırır.
Şübhəlinin sözlərinə görə, 12 yaşlı qız ona aldığı maye qazdan zəhərlənib. İddialara görə, qız 7 avqustda onu ziyarət edib və ondan bir neçə qaz balonu almasını istəyib.
Qız maddəni udub və huşunu itirib. Onu xilas etmək cəhdləri uğursuz olub və kişi uşağın cəsədini çuxura basdırmaq qərarına gəlib.
Xuraman Etibarlı
İnterpress.az






