Narkotik təsiri altında olan kişi iki qadını BIÇAQLADI – VİDEObackend

Narkotik təsiri altında olan kişi iki qadını BIÇAQLADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaluqada kişi iki qadına bıçaqla hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiyanın Kaluqa şəhərində 30 yaşlı kişi narkotikin təsiri altında bacısına və qonşusuna bıçaqla hücum ed

Məlumata görə, mübahisə zamanı hücum edən şəxs 52 yaşlı qadına bıçaqla xəsarət yetirib. Qadın birinci mərtəbənin pəncərəsindən çıxaraq hadisə yerindən uzaqlaşmağa çalışıb.

Daha sonra şübhəlinin digər qadına hücum etdiyi və ona boyun, bədən və ətraf nahiyələrindən azı yeddi bıçaq zərbəsi endirdiyi bildirilir. Ardınca o, mənzili yandırıb.

Hadisə yerindən uzaqlaşan ilk zərərçəkəni təqib edən şəxs ona boyun nahiyəsindən xəsarət yetirib. Daha sonra qadının üzərinə çıxaraq dua oxumağa başladığı bildirilir.

Qadının müqavimət göstərdiyi, ərazidən keçən şəxslərin isə hücum edəni zərərsizləşdirdiyi qeyd olunur.

Hər iki qadın xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs saxlanılıb və faktla bağlı iki nəfəri öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az