Donetsk vilayətində ağır yol qəzasında 12 yaşlı yeniyetmə daxil olmaqla 5 nəfər həlak olub.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Donetsk vilayətində, Yalta-Kremnevka avtomobil yolunda çoxsaylı insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş verən qəza nəticəsində 12 yaşlı yeniyetmə də daxil olmaqla, ümumilikdə 5 nəfər həyatını itirib. Bu barədə daxili işlər orqanlarının mətbuat xidmətindən məlumat verilib.
İlkin araşdırmalara görə, “Audi” markalı avtomobilin sürücüsü kəskin idarəetməni itirərək əks hərəkət zolağına çıxıb və qarşıdan gələn “Ford” markalı maşınla güclü şəkildə toqquşub.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları, yol-patrul xidmətinin nümayəndələri və xilasedicilər cəlb olunublar.
Faktla bağlı rəsmi cinayət işi başlanılıb, ağır qəzanın digər təfərrüatları araşdırılır.
Xuraman Etibarlı
İnterpress.аz






