630 manat borca görə döyülərək üzərinə qaynar su tökülən şəxs ÖLDÜ – FOTObackend

630 manat borca görə döyülərək üzərinə qaynar su tökülən şəxs ÖLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda 30 min rubl borca görə döyülüb üzərinə qaynar su tökülən şəxs vəfat edib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqda cəmi 30 min rubl (təxminən 630 manat) borca görə amansız işgəncələrə məruz qalan yerli sakin aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Bu barədə Rusiya İstintaq Komitəsi rəsmi məlumat yayıb.

İstintaqın məlumatına görə, borclu şəxs mənzillərdən birində qanunsuz olaraq girov saxlanılıb və ondan pulu dərhal qaytarması tələb olunub.

Bu müddətdə cinayətkarlar onu əlləri və ayaqları ilə kəskin şəkildə döyüb, başına və bədəninə ağır zərbələr endirib, daha sonra isə üzərinə qaynar su tökərək yandırıblar.

Zərərçəkən aldığı ağır termiki yanıq və bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.

Keçirilən əməliyyat nəticəsində şübhəli şəxslər dərhal saxlanılaraq nəzarətə götürülüb. Yaxın günlərdə məhkəmə tərəfindən onlar barəsində rəsmi həbs qətimkan tədbirinin seçiləcəyi bildirilir.

Hadisə ilə əlaqədar qəsdən adamöldürmə və qanunsuz azadlıqdan məhrumetmə maddələri ilə cinayət təhqiqatı davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.аz