`Sarkisyanın mövqeyi xeyli zəifləyib`- Politoloqbackend

`Sarkisyanın mövqeyi xeyli zəifləyib`- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri politoloq Elnur Sultanov Ermənistanın danışıqlar prosesindən imtina etməsini AzVision.az-a şərh edərkən deyib.

Politoloq deyib ki, aprel hadisələrindən sonra Ermənistan rəhbərliyinin mövqeyi sarsılıb: “Sarkisyan özünü çox zəifləmiş hiss edir. Çünki, üzərinə qurduğu legitimlik zənciri qırılmış oldu. Bu şəkildə siyasi gücü zəiflədi”.

E.Sultanov hesab edir ki, Sarkisyanın zəifləməsi onun aqressivləşməsinə səbəb olub: “Sarkisyan de-fakto aqressivləşə bilər. Hazırkı vəziyyət onu həddən artıq sarsıdıb və Sarkisyan vəziyyəti düzəltməyə çalışır. Ordumuz bu xüsusa diqqət etməlidir. Ermənistan tərəfi bununla yanaşı ritorik fazada aqressiv mövqe sərgiləyə bilər. Sarkisyan uduzmuş, sifətinin ortasına yumruq yemiş adam kimi ən azından danışıq fazasında nəsə etməyə çalışacaq. Bu daxili siyasətə hesablanıb ki, ona qarşı rəqibləri istifadə etməsinlər”.

Politoloq, həmçinin qeyd edib ki, uduzan tərəf hər zaman aqressiv davranır: “Düşmən məğlubiyyətini qəbul edə bilmir. Buna görə ya aqressiv addım atacaqlar, ya da aqressiv bir ritorika ilə ortaya çıxacaqlar. Əslində Sarkisyanın mövqeyi gözlənilən idi. Müsahibəsindəki ritorik aqressiya da məhz oradan qaynaqlanır. Belə ritorik aqressiya davam edəcək. Son bir neçə gün ərzində Ermənistanın hərbi aqressiyası da artıb. Onlar çalışır ki, hərbi sferada nəyisə dəyişsinlər. Ancaq düşmən tərəfi nəticə etibarı ilə zərbə yemiş oldu. Ermənilər döyüş meydanında məğlub olduqca, onların ritorik aqressiyaları güclənəcək. Çünki, başqa halda uyğun daxili-siyasi mövqeyi saxlaya bilməyəcək”.

`Sarkisyanın mövqeyi xeyli zəifləyib`- Politoloq

E.Sultanov bildirib ki, Kazan sənədləri Ermənistanın maraqlarına uyğun olduğu üçün İrəvan rəhbərliyi Azərbaycana qarşı tez-tez bundan istifadə edirlər: “Modifikasiya edilmiş Kazan prinsipləri tamamilə ermənilərin xeyrinədir. Bu məqamı vurğulayıb, sülh təəssüratı yaratmaq istəyirlər ki, guya Ermənistan danışıqların baş tutmasını istəyir, Azərbaycan isə bundan imtina edir. Lavrovun İrəvan səfərindən ortaya çıxan əsas nəticə ondan ibarətdir ki, Rusiya Ermənistana təzyiq etmək istəmir. Ermənistan isə daha çox daxili-siyasi çaxnaşmadan qorxduğuna görə, Lavrovun gəliş-gedişini xoş qarşılamadı. Ermənilər Lavrovdan aprelin əvvəlində yedikləri zərbəni kompensasiya edəcək “yaşıl işıq” istəyirdilər. Rusiya onlara “yaşıl işıq” yandırmadığına görə, ermənilər əsəbləşib, etiraz etdilər”.

İnterpress.az