Bu gün ABŞ-da Rza Zərrabın məhkəməsi başlayırbackend

Bu gün ABŞ-da Rza Zərrabın məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Nyu-Yorkun cənub bölgəsinin baş prokuroru Prit Bharara rəsmi \”Twitter\” səhifəsində yazıb.

\”Şahid Rza Zərrab çərşənbə günü Manhattan Federal Məhkəməsində hakim Riçard Bermanın qarşısına çıxacaq\”, – prokuror yazıb.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar pozmaqda, bank sahəsində saxtakarlıq etməkdə, \”çirkli pulları yuymaqda\” şübhəli bilinir.

O, ABŞ-ın Oklahoma şəhər həbsxanasında bir həftə saxlanıldıqdan sonra təyyarə ilə Nyu-Yorka, oradan isə aprelin 27-də Manhattana gətirilib.

Xatırladaq ki, Rza Zərrab əslən Cənubi Azərbaycandandır. (report.az)

İnterpress.az