Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Cavadovun boğaz nahiyəsində deşilmiş xəsarəti olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulublar. Onların tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.(Teleqraf.com)
İnterpress.az