Abşeron Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyatçıları rayon ərazisində mənzillərdən kombi oğurlayan şəxsləri saxlayıb. Saxlanılan şəxslər bəzi zərərçəkmişlərin evindən kombi aparatları ilə yanaşı xalça və digər ev əşyaları da oğurlayıblar. Rayon sakinlərinin kombi aparatlarına qənim kəsilən Əlizaman İbrahimovla Musa Bayramovun izinə düşmək çətin olsa da, Abşeron RPİ-nin əməliyyatçıları bunu edə biliblər. Cütlük növbəti evdən oğurladığı kombi aparatını satmaq istəyərəkən saxlanılıb.
Təqsirli bilinən hər iki şəxs eyni əmələ görə əvəllər də məhkumluq həyatı yaşayıblar. Faktla əlaqədar başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
İnterpress.az