Arvadını öldürüb polisə təslim oldu – Sumqayıtdabackend

Arvadını öldürüb polisə təslim oldu – Sumqayıtda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhər sakini Elməddin Abışov mənzilində qısqanclıq zəminində həyat yoldaşı Elnarəyə bıçaqla xəsarət yetirib. Elnarə aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb. Cinayəti törədən Elməddin Abışov könüllü şəkildə 1-ci polis bölməsinə gələrək təslim olub.

Məlumata görə, Elməddin Elnarənin başqa bir kişi ilə münasibət saxlamasından şübhələnib. Bundan sonra Elnarəni izləməyə başlayan Elməddin şübhələrinin doğru olduğunu görüb. Aprelin 27-də axşam evə gələn Elməddin həyat yoldaşı ilə mübahisə edib.

Qısqanclıq zəminində yaranan mübahisə zamanı qanlı cinayət hadisəsi baş verib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (teleqraf)

İnterpress.az