Kredit borcu olan jurnalistlərdən etiraz: “Onları məhkəməyə verəcəm!”backend

Kredit borcu olan jurnalistlərdən etiraz: “Onları məhkəməyə verəcəm!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir il ərzində manatın iki dəfə devalvasiyaya uğramasından sonra banklara olan kreditlərin ödənilməsində ciddi problem yaranıb. Boru olan vətəndaşlar kreditlərini zamanında ödəmək iqtidarında deyillər. Kredit borcu olanların arasında jurnalistlər də var.

Modern.az saytı kredit borcu olan jurnalistlərin bir neçəsinin vəziyyəti ilə maraqlanıb.

Strateq.az-ın redaktoru Xaqani Səfəroğlu deyib ki, devalvasiyadan sonra kredit borcunun ödənilməsində xeyli problem yaranıb:

“Kredit borcum var. İki dəfə baş vermiş devalvasiyadan sonra ödəmədə problemlərim yaranıb. Mən bankın nümünəvi müştərisi olmuşam və gecikdirmələrim olmayıb. Lakin devalavasiyadan sonar manatın dəyərdən düşməsi vəziyyətimi pisləşdirib.
Hesab edirəm ki, dövlət bu məsələ ilə bağlı ciddi qərar verməlidir. Ən azı, dünya təcrübəsi var və ona baxıb müəyyən addımlar atılmalıdır. Bəzən bankların maraqlarını müdafiə edənlər belə yalançı şayiələr yayırlar ki, guya, borclular pul ödəmək istəmirlər. Bu tamamilə yalandır. Borcu ödəmək lazımdır və biz də bunu istəyirik. Amma qanun çərçivəsində. Məsələn, 2015-ci ilin fevralına qədər dollar krediti götürənlərə 0,78 qəpiklə ödəniş edilməsinə imkan yaradılmalıdır.

Yəqin ki, bununla bağlı bir qərar veriləcək. Çünki əhalinin böyük bir qisminin borcları dollarla kreditlərdədir. Hardasa 70 faizə yaxın. Burada bankaların da səhvləri var. İstehlak üçün kütləvi şəkildə dollarla kredit verilib. Halbuki, bu qanunla qadağandır. Hazırda cəmiyyədə bununla bağlı gərginlik yaşanır. Məsələ həllini tapmalıdır. Yəqin ki, müsbət həll olunacaq. Buna ümid edirəm…”.

Qafazinfo-nun redaktoru Günel Əbilova bildirib ki, iki növ kredit ödəyir və devalvasiyadan sonar ciddi qənaət rejiminə keçib:

“Düzü, inanmıram ki, hansısa işləyən adamın kredit borcu olmasın. İki il əvvəl ipoteka krediti götürdüyümüz üçün təxminən 40 min manata yaxın borcumuz var. Bu kredir 25 illik müddəti əgatə etdiyi üçün aylıq ödəniş 300 manata yaxın təşkil edir.

Eyni zamanda, həyat yoldaşım bankda işlədiyi üçün qəfil pul lazım olanda ara-sıra kiçik həcmli kreditlər də götürmüşük. Həmin kreditlər bizə ipoteka məbləğinin qarşısında çox az görünür.

Ümumiyyətlə, kreditdən çox ehtiyat edən adamam. “Kredit” sözü məni həmişə narahat edir. Əlbəttə, devalvasiyadan sonra hər şey çətinləşdi. Nəzərə alsaq ki, ərzaq mallarının da qiymətlərində fantastik artımlar var və bu da birbaşa aylıq məvacibə təsir edir.

Qənaət rejiminə keçmişik, çalışırıq daha az gəzək və az pul xərcləyək. Düzü, dollar kreditləri ilə bağlı heç bir güzəşt gözləmirəm”.

APA TV-nin müxbiri Fərahim İlqaroğlu deyir ki, devalvasiyadan sonra dollarla olan kreditini ödəmir və bankın məhkəməyə verməsi belə, onu narahat etmir:

“Bəli kredit borcum var. Krediti avtomobil almaq və istehlak üçün götürmüşəm. Üstəlik dollarladır. İkinci devalivasiyadan sonra ödəməyə çətinlik çəkirəm. Ödənişdən imtina etməmişəm. Bu barədə banklara rəsmi müraciət etmişəm ki, qalan borcum manata çevrilsin və mənə yeni kredit xətti açılsın. Bütün bankların bunu etməyə imkanı var. Üstəlik nəzərə alsaq ki, borclu olduğum banklar mənə görə çoxdan qazanclarını götürüblər.

Amma nədənsə bu sorğuma heç bir bank müsbət cavab vermədi. Mən də məcbur qalıb dollarla olan kreditlərimin ödənişini dayandırmışam. Banklardan zəng vurub dedilər ki, 6 ay müddətində iş məhkəməyə gedəcək. Razılıq verdim ki, getsin. İndidən nəsə demək çətindir. Bank borcu əmlaka yönəldə bilər və ya mənim təklifimi məsləhət görə bilər, hər şey mümkündür”.

Musavat.com-un əməkdaşı Röya Rəfiyeva da kredit borclarının ödənilməsində çətinlik çəkdiyini bildirib. Jurnalist deyib ki, bankı və tikinti şirkətini məhkəməyə verməyə hazırlaşır:

“Banka kredit borcum var. Biri 1000 manat civarındadır, manatladır və devalvasiyadan sonra da gecikdirmədən ödəyirəm. Digəri isə evlə bağlı kreditdir, o da manatladır. Amma ödəməkdə çətinlik çəkirəm. Artıq bir aydır ki, ödəmirəm. Üstəlik, müqavilənin şərtlərinə etiraz olaraq tikinti şirkətini və bankı məhkəməyə verməyə hazırlaşıram.

Hökumətin və Mərkəzi Bankın kreditlərə güzəşt edilməsi ilə bağlı hər hansı qərarı olacağını gözləmirəm. Çünki banklar illər boyu yüksək faizlə kredit verərkən hökumət və Mərkəzi Bank buna etiraz etməyib. Həmçinin dollarla kreditin verilməsi qanunsuz olduğu halda, banklar dollarla kredit verərək özlərini devalvasiyadan sonrakı problemlərdən sığortalayıblar. Bu zaman Mərkəzi Bank, hökumət, Maliyyə Nazirliyi belə qanunsuz hərəkətlərə göz yumub. İndi onlardan hansısa güzəşt gözləmək sadəlövhlükdür.

Hətta 5 min, yaxud 10 min dollara qədər olan kreditlərlə bağlı güzəştlər təklif edilir ki, bu da blefdir. Güzəşt olsa belə, bu, bankların xeyrinə atılmış addım olacaq. Çünki bu həddə verilən kreditlərin əksəriyyəti girovsuz verilib və bankların vətəndaşdan pulun əvəzinə ala biləcəyi heç nə yoxdur, həmin kreditlər faktiki olaraq ödənilməyəcək, yəni problemli kreditlərdir”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bildirib ki, kreditin ödənilməsində gərək boğazından kəsib verəsən. Jurnalist kreditlə bağlı hökumətdan hansısa müsbət addım gözləməyin sadəlövlük olduğunu söyləyib:

“Azərbaycanın əksər vətəndaşları kimi, mənim də kredit borcum var. Ona şükr edirəm ki, kreditim dollarla deyil, manatladır. Ancaq mövcud vəziyyət öz təsirini göstərib. Kreditin milli valyuta ilə ödənişi dolların kursundan asılı olmayaraq, sabit olsa da, ümumi nəticəyə öz təsirini göstərir. Çünki, manatın az qala iki dəfə dəyərdən düşməsi nəticəsində onun alıcılıq qabiliyyətinin azalması hər kəsin vəziyyətinə mənfi təsir göstərib. Bugünkü qiymətlər elədir ki, krediti gərək boğazından kəsib ödəyəsən.

Mərkəzi Bank rəhbərliyinin vəziyyəti yaxşılğa doğru dəyişmək üçün hansısa addım atacağını zənn etmirəm. Hələ manatın kursu möhkəm olan dövrdə Mərkəzi Bank İdarə Heyətinin sədri Elman Rüstəmov demişdi ki, “özəl bankların faiz dərəcələri yüksək olsa da, biz onlarn işinə qarışa bilmərik, sadəcə tövsiyyə vermə bilərik”. İndiki çətin situasiyada isə hansısa pozitiv addımları gözləmək sadəlöhvlük olardı. Bu gün vəziyyətdən çıxış yolunu Mərkəzi Bankda yox, istehsal sahələrində axtarmaq, daha doğrusu, istehsal etmək lazımdır

Lent.az-ın redaktoru Səbuhi Məmmədli kredit borcunu çətinliklə ödədiyini və Elman Rüstəmovdan heç nə gözləmədiyini bildirib:

“Kredit borcum var.Unibank-a ödəyirəm. Düzdür, ödəniş çətindir, amma yenə də ödəyirəm. Mərkəzi Bankdan isə heç nə gözləmirəm. Elman Rüstəmov özü heç nə bilmir, ondan nə gözləyəsn ki?..”.

Mövqe.az saytının əməkdaşı Zülfiyyə Quliyeva söyləyib ki, dollarla olan kredit onların “belini qırır”:

“Manat və dollarla kreditim var. Güc-bəla ilə ödəyirəm. Düzdür, ümid sonda ölür. Amma mən elə hesab edirəm ki, dollar kreditlərinə güzəşt camaat dollar kreditlərini ödəyəndən sonra tətbiq ediləcək. Manatla olan kreditləri ödəmək də çətindir. Amma dollarla olan kreditlət belimizi qırır”.

İnterpress.az