Türkmənistanın xarici işlər naziri Meredov Avropa diplomatiyasının rəhbəri Kallas ilə telefonla danışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət zamanı Kallas Türkmənistana İrandan qəbul etdikləri ölkələrə səfər edən Aİ vətəndaşları üçün humanitar dəhliz təmin etdiyinə görə minnətdarlığını bildirib.
Tərəflər həmçinin 2025-ci ilin aprelində Səmərqənddə keçirilən Aİ və Mərkəzi Asiya ölkələrinin birinci sammitinin əhəmiyyətini qeyd ediblər.
Bundan əlavə, siyasi və diplomatik əməkdaşlığın daha da genişləndirilməsinə dair geniş spektrli məsələlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.
Xuraman Etibarlı
İnterpress.az