ABŞ İranı danışıqlardan sui-istifadə etmək niyyətində olmadığına əmin etməlidir.
İnterpress.az xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin müavini Xətibzadə deyib.
Onun sözlərinə görə, Tehran danışıqların bərpası ilə bağlı Vaşinqtondan mesajlar alır.
“Onlar bərabərlik və ümumi maraqlara əsaslanmalıdırlar: Əks halda biz mənasız dialoqa girəcəyik”, – Xətibzadə əlavə edib.
Bu gün səhər saatlarında İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bekai Trampın Tehranın Vaşinqtonla görüş istəməsi barədə bəyanatını bir daha təkzib edib.
Eyni zamanda ABŞ-nin xüsusi nümayəndəsi Uitkoff ölkələr arasında danışıqların böyük ehtimalla gələn həftə baş tutacağını bildirib.
Xuraman Etibarlı
İnterpress.az