Yayın bu isti vaxtlarında hər birimizin bəh-bəhlə yediyi qarpızbackend

Yayın bu isti vaxtlarında hər birimizin bəh-bəhlə yediyi qarpız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli alim Nebahat Sarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, qarpızın tərkibi xərçəng xəstəliyinin müalicəsində önəmli hesab edilən likopen və sitrolin adlı 2 kimyəvi maddə ilə zəngindir. Alimin sözlərinə görə, qarpız sərinləşdirici təsir göstərməklə yanaşı, iştaha açandır, göz, mədə ağrısı və ağız qoxusunun qarşısının alınmasında da faydalıdır. Həkimin fikrincə, bu cür müsbət xüsusiyyətlərini nəzərə alaraq, qarpızdan daha rahat istifadəni təmin etmək üçün onun şirəsinin istehsalına başlanılmalıdır.

Yayın bu isti vaxtlarında hər birimizin bəh-bəhlə yediyi qarpız

Qarpızı acqarına, çəyirdəkləri ilə birgə yeyin!
Türkiyəli həkim Dursun Bostancı isə qarpızın faydasından tam yararlanmaq üçün onu acqarına və çəyirdəyi ilə birgə yeməyi tövsiyə edir. Həkimin açıqlamasına görə, qarpızın çəyirdəyinin tərkibində olan “cucurbocitrin“ adlı maddə qan təzyiqinin, böyrəklərin funksiyalarının tənzimlənməsində mühüm rol oynayır. Çünki qarpızın tərkibinin bir hissəsi sudur. Bu tərəvəzin çox yeyilməsi orqanizmin yaz aylarında su itirməsinin qarşısını alır, arıqlamağa da yardım edir.

Alimlər qarpızın yeni, əvvəllər məlum olmayan xassəsini aşkara çıxarıblar. Məlum olub ki, çoxlarının sevdiyi bu giləmeyvə təkcə xoş dada malik deyil, həm də faydalıdır. ABŞ-da aparılan tədqiqatlar göstərib ki, aterosklerozun (ürək-damar sistemi xəstəliyi) inkişaf riskini azaldır.
Kentukki Universitetinin alimləri siçanlar üzərində tədqiqat aparıblar. Siçanların bir qrupuna içmək üçün qarpız şirəsi, digərlərinə isə adi su verilib. Səkkiz həftədən sonra alimlər siçanların çəkisini ölçərək alınan nəticələri müqayisə ediblər.

Yayın bu isti vaxtlarında hər birimizin bəh-bəhlə yediyi qarpız

Məlum olub ki, qarpız şirəsi içən siçanlar su içənlərdən daha az çəkiyə malik olublar. Qarpız suyu piy kütləsinin azalmasına səbəb olub. Bununla yanaşı, onlarda əzələ kütləsi azalmayıb, qanın plazmasında xolesterinin konsentrasiyası xeyli az olub. Gəmiricilərin damarlarının müayinəsi göstərib ki, onlarda aterosklerotik zədələnmə digər qrupdakılardan xeyli azdır.

İnterpress.az