Bütün ermənilərin katolikosu həbsdə olan “terrorçu keşişləri” ziyarət edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistan katolikosu ölkədə hakimiyyəti hərbi yolla devirməyə cəhd göstərən və hazırda təcridxanalarda saxlanılan keşişlərlə ilk dəfə görüşüb.
Məlumata görə, həmin din xadimləri açıq şəkildə zorakı üsulları müdafiə ediblər.
Ermənistan İstintaq Komitəsinin yaydığı səs yazılarından birində həbs olunmuş keşişlərdən biri belə deyir:
“Bir neçə nəfəri divar dibində güllələyirsən, təxminən 15 nəfəri həbsə atırsan – vəssalam, hamısı susur. Güllələyirsən, ailəsinə həyatına görə kompensasiya ödəyirsən – onlar razı qalacaq”.
Katolikosun belə şəxsləri ziyarət etməsi ölkədə geniş rezonans doğurub.
Xuraman Etibarlı
İnterpress.az