42 illik tarix BİTDİ – “Gainax” fəaliyyətini tamamilə DAYANDIRDIbackend

42 illik tarix BİTDİ – “Gainax” fəaliyyətini tamamilə DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Evangelion”u yaradan məşhur studiya 42 ildən sonra bağlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Khara” studiyasının rəsmi saytı məlumat yayıb. Son illər maliyyə çətinliyi yaşayan “Gainax” fəaliyyətini rəsmən dayandırıb.

Anime dünyasında bir dövr sona çatıb. “Neon Genesis Evangelion” və “Gurren Lagann” kimi əfsanəvi animeləri ərsəyə gətirən “Gainax” studiyası 42 illik fəaliyyətindən sonra qapılarını bağlayıb.

Bu kədərli xəbəri “Evangelion”un yaradıcısı Hideaki Anno özünə məxsus “Khara” studiyasının saytı vasitəsilə ictimaiyyətə çatdırıb.

Məlumata görə, studiya son illərdə yeni layihələr istehsal edə bilmirdi və yalnız mövcud intellektual mülkiyyət hüquqlarının satışı hesabına fəaliyyətini davam etdirməyə çalışırdı.

Xuraman Etibarlı

İnterpress.az