49 yaşlı kişi ehtiyatsızlıqdan özünü GÜLLƏLƏDİbackend

49 yaşlı kişi ehtiyatsızlıqdan özünü GÜLLƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstan sakini ehtiyatsızlıqdan başına atəş açsa da, sağ qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Atasının ov tüfəngi uzun müddət idi ki, 49 yaşlı Məhəmmədin evində idi. Silahın sənədləri var idi, ancaq ondan yalnız mal-qaranı qorumaq üçün çaqqalları qorxutmağa istifadə olunurdu. Sonra silah uzun illər həyətdəki digər tikilidə saxlanılıb.

Məhəmməd tikilini təmizləyəndə silahı tapıb. İşləyib-işləmədiyini yoxlamaq istəyib. Tüfəngi təmizləyəndə təsadüfən tətiyi çəkib.

Güllə açılaraq çənəsinə dəyib, üzünün ətini parçalayıb və sümüyü sınıb.

Xuraman Etibarlı

İnterpress.az