5000 nəfərlik konsert təşkil edib koronavirusun yayılma riskini yoxladılar backend

5000 nəfərlik konsert təşkil edib koronavirusun yayılma riskini yoxladılar 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Barselonada (İspaniya) beş min nəfərlik eksperimental konsert keçirilib. Bu, pandemiya başlayandan bəri ilk böyük musiqili tədbirdir.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, bütün tamaşaçılar anticisim üçün ekspress-testdən keçib, hər kəs maska taxıb və hamı iki həftə öncədən həkim nəzarətində olub.

Təcrübədə əsas məqsəd konsert zallarının koronavirusun yayılması üçün risk zonası olub-olmadığını araşdırmaqdır.

Analoji böyük konsertlərin Fransanın Paris və Marsel şəhərlərində keçirilməsi də planlaşdırılır.

 

 

İnterpress.az