“Hər kəsin başa düşdüyü səviyyədə də lüğət tərtib etmək olmaz”backend

“Hər kəsin başa düşdüyü səviyyədə də lüğət tərtib etmək olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövzu ilə bağlı İnterpress.az-a danışan lüğətin tərtibatçılarında biri, filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirir ki, lüğətdən xəbəri olmayan, bu işin əziyyətini bilməyən adamlar bu sözü deyə bilər. Birinci növbədə lüğət öz başına tərtib olunmayıb. Bu lüğət köhnə lüğətin bazası əsasında tərtib olunub:

\”Nəsimi adına Dilçilik İnstitutunda Sovet dönəmi bitəndən sonra \”yeni sözlər\” lüğəti tərtib olundu. İnstitutun xüsusi şöbəsi də var. Bu məsələlər hamısı orada araşdırılır. Dilə gələn sözləri qəzet, sayt, və televizordan – bir sözlə mətbuatdan toplayıb qeydə alınır. Buraya daxil olan sözlər təsadüfi sözlər deyil. Bu sözlər laborotoriyada işlənilib, sonra lüğətə düşür.

“Hər kəsin başa düşdüyü səviyyədə də lüğət tərtib etmək olmaz”

Bir yazıçının şairin, özündən tapdığı söz bəlkə də anlaşılmaya bilər. Belə hal ola bilər. Bu sözlərin də sayı elə çox deyil. Bu 3-4 söz ola bilər. Deyək ki, Cəfər Cabbarlı, Rəsul Rza, Səməd Vurğunun yaratdığı sözlər olub. Bir daha qeyd edirəm, lüğətə düşənlər təsadüfi sözlər deyildi. Burada 110 mindən çox söz var. Məcbur deyilik ki, bu sözləri əzbər bilək. Burada spesifik sahənin sözləri də lüğətə düşüb. Əhali xüsusi sahənin sözlərini gündəlik işlətməyə məcbur deyil. Dilçilik İnstitutunun xüsüsi şöbəsi bu məsələni
gündəmdə saxlayır, yeni sözləri qeyd edir. Və lüğətə salınır. Proses bu cür gedir. Yeni sözün neçə dəfə işlənməsinə baxırlar. Sonra lüğətə daxil edilir.

“Hər kəsin başa düşdüyü səviyyədə də lüğət tərtib etmək olmaz”

Nadir Məmmədli dilə daxil edilən sözün fərqli praktikasından da danışdı:

\”Rusiyada bu qayda fərqlidir. 2 ildən bir yeni sözlərin lüğəti dərc olunur. Bu sözlər gələcəkdə nəşr edilən ümümi lüğətin siyahısna salınır. Amma bizdə problem budur ki, bir başa toplanır ümumi bir lüğət çap olunur. Bu praktikanı Azərbaycanda da tərtib etmək olar\”.

Xalq şairi, yazıçı Sabir Rüstəmxanlı isə bildirir ki, Tərcümə Mərkəzinin çap etdiyi siyahıda artıq hesab olunan və ya anlaşılmayan sözlərin lüğətə salınmasına ehtiyac yoxdur:

“Eyni zamanda elə sözlər var ki, Tərcümə Mərkəzi onları artıq sayır. Amma mən isə düşünürəm ki, o sözlər siyahıda qalmalıdır. Ona görə də burada hökm vermək son dərəcədə çətindir. Amma sadə, hər kəsin başa düşdüyü səviyyədə də lüğət də tərtib etmək olmaz”, -deyə S. Rüstəmxanlı fikirini yekunlaşdırıb.

“Hər kəsin başa düşdüyü səviyyədə də lüğət tərtib etmək olmaz”

Gülşanə Mustafayeva
İnterpress.az