“Məktəblərdə çalışan psixoloqların özlərinə psixoloq lazımdır”backend

“Məktəblərdə çalışan psixoloqların özlərinə psixoloq lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövzunu İnterpress.az-a şərh edən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, uşaqların təlim və tərbiyə prosesinə məktəb yaşlarından başlayaraq müəllimlər və valideynlərlə birgə psixoloqlar da nəzarət etməlidir. Məktəb psixoloqunun işi məktəbəqədər yaşda olan uşaqların məktəbə hazırlığını müəyyən etmə mərhələsindən başlayır:

“ Psixoloq şagirdlərlə iş aparan zaman ən çox problemlə qarşılaşdığı yaş dövrlərindən biri də yeniyetməlik yaş dövrüdür. Bu dövr 11-15 yaşlarını əhatə edir və böhranlı dövr kimi yadda qalır. Bu dövrdə şagirdlərdə yeni xüsusiyyətlər formalaşır, qızlar və oğlanlar baş verən proseslərə daha aqressiv reaksiya göstərirlər. Şagirdlərin bu aqressiv davranış reaksiyaları mütləq psixoloqlar tərəfindən korreksiya olunmalıdır. Əgər onlarla düzgün iş aparılarsa, bu xüsusiyyətlər tədricən aradan qalxar, əks halda isə aqressiv davranış reaksiyaları xarakter xüsüsiyyəti kimi formalaşa bilər”.

Bəs çətin xarakterli uşaqlara necə davranmalı?

Məktəb psixoloqu həmçinin təlimdə geri qalan və intizamsız şagirdlərlə diaqnostik – korreksiya işi aparılmasında, şagirdlərin təlim- tərbiyə prosesinin normal gedişinə mane olan intellektual, şəxsi və emosional – iradi xüsusiyyətlərinin diaqnostika edilməsində, uşaqların təlim- tərbiyəsinin psixoloji problemləri, hafizəsinin, təfəkkürünün, xarakterinin və s. inkişafı sahəsində ciddi işlər aparılmasında yaxından iştirak edir.

Mövcud psixoloji xidmət işinin təşkili qanuedici deyil:

\”\”Hal hazırda orta məktəblərdə psixoloji xidmət işinin təşkilini normal səviyyədə hesab etmirəm. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji universitetində, BDU-da və digər Ali təhsil müəssisələrində təhsildə psixoloji xidmət və psixoloq ixtisasları üzrə mütəxəssislər hazırlanır. Amma bu hazırlanmalar kifayət dərəcədə deyil. Bu gün orta məktəblərin çoxunda psixoloqlar yoxdur, yaxud onlar vəzifələrini düzgün yerinə yetirə bilmirlər\”

Savadlı kadr bu maaşla işləməz.:

\”Orta məktəblərdə bu sahədə universiteti yeni bitirmiş gənclər çalışır. Praktikası olmayan şəxs uşaqlarla işləməyi hardan bilər? Psixologiya çox gəlirli sahədir. Uşaq psixoloqları bir dəfə seans üçün azı 20 manat pul istəyirlər. Həftədə azı 2 seans lazımdır. Bu da ayda 600 manat pul edir. Orta məktəblərdə isə buna görə mütəxəssisə ən çox 200 manat verirlər. Savadlı kadr bu maaşla işləməz\”.

Şagirdlərlə yalnız psixoloq işləməli deyil:

\” Məktəbdə təkcə psixoloq şagirdlərlə işləməməlidir. Məktəblərdə sinif rəhbərləri, direktorlar da uşaqlarla işləməyi bacarmalıdır. Şagirdlərin ailəsindəki problemlərlə maraqlanmalıdır. Şagirdlərin psixologiyasında hansısa dəyişiklik gördükdə mütləq müdaxilə etməli, valideynlərə, mütəxəssislərə məlumat verilməlidir\”.

\”Məktəblinin Dostu\” layihəsinin məqsədi psixoloq və digər təşkilati vəzifələri yeni,gənc, dinamik kadrlara verilməsidir:

\”Layihəyə bu ildən start verillib. Uzun illər psixoloq ixtisaslı kadrlar qala qala, qeyri ixtisas təhsilli şəxsləri bura cəlb etmək heçdə vəziyyəti dəyişməyəcək. Məktəb psixoloqları il ərzində azı bir dəfə 10 günlük treninq və təlimlərə cəlb edilməlidir\”.

Gülşanə Mustafayeva
İnterpress.az