Gülümsəyin cənablar, gülümsəyin!backend

Gülümsəyin cənablar, gülümsəyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni\” QSC sərnişinlərə xidmətdə bir çox yeniliklərə imza atır. Bu proses davam edir. Buna misal olaraq, “Bakı Metropoliteni”nin təşkil etdiyi kursları qeyd edə bilərik. Qurum gənc kadrlara dəstək olub onların peşəyə sahib olması üçün lazımi biliklər öyrədir, kadr kimi təkminləşməsində dəstək olur. Bəs görəsən yaşlı, yoxsa gənc kadrlar sərnişinlərə xidmət edərkən gülərüz, mehriban və nə dərəcədə nəzakətlidirlər? İnterpress.az mövzu ilə bağlı media nümayəndələri arasında keçirdiyi sorğunu təqdim edir.

“ASAN” Radionun redaktor və aparıcısı Cəlalə Nəzəroğlu son vaxtlar metrodan istifadə etmədiyini, vətəndaşa xidmət göstərmək, vicdanlı, gülərüz işçi olmaq yaşla əlaqəli olmamağını qeyd edib:

“ Hər kəsin özünəməxsus xarakteri, əhvalını pozan hadisə və .s kimi faktorlar var. Lakin bunu xidmət göstərdiyimiz insanlara ötürməyə heç birimizin ixtiyarı yoxdur. Xatırladığım qədərincə kassir və bələdçi xanımlar adətən, qaş-qabaqlı olurdular”.

“ Salamnews” İnformasiya Agentliyinin müxbiri Orxan Kərimov isə bütün sahələrdə, o cümlədən metropolitendə də gənc kadrlara daha çox üstünlük verilməli olduğundan danışıb:

“Çünki, indiki savadlı gənclərin dünya görüşü əvvəlki kadrlara nisbətən daha dolğundur. Savadlı gənclər daima yenilik axtarır, öz imkanlarını artırmağa çalışır. Lakin bu o dəmək deyil ki, yaşlı kadrlar dərhal işdən azad edilib, gənc kadrlarla əvəzlənməlidir. Ümumiyyətlə isə son illər Bakı metrosunda bir çox irəliləyişlərin şahidi oluruq, inanırıq ki, yeniliklər bundan sonra da davam etdiriləcək”.

“Mövqe.az” –ın müxbiri Mübariz Bayramov isə bildirir ki, metropolitenin strateji obyekt olduğunu nəzərə almalıyıq:

“Hətta lazım gələrsə, hərbi təyinatlıdır da deyə bilərik. Orada daimi ciddilik, dəqiqlik, tələbkarlıq yüksək səviyyədə olub. Yəni, fəaliyyətin istiqamətindən, rəhbərlikdən başlanan məsuliyyətdir. Bu fonda gənc kadrların məsuliyyətsiz yanaşmaları mümkün deyil. Olarsa, təbii ki, işdən uzaqlaşdırmaqları qaçılmazdır. İşsizlik problemini nəzərə alsaq, gənclər məsuliyyətsizliyə yol verməzlər. Bundan başqa, metropoliten kameralarla təchiz olunmuş məkandır. İstənilən hərəkət izlənilir. Praktiki olaraq da metrodan istifadə edən şəxs kimi deyə bilərəm ki, işçilərin ciddi nöqsanları, kobudluğunu müşahidə etməmişəm”.

“Qafqazinfo.az” – ın müxbiri Günel Hacı metro işçiləri də gülərüz xidmət, xoş ünsiyyət devizinə keçməsini tövsiyyə edir:

“Mətbuat katibi medianın ən yaxın dostu olan, hər bayramda yenilik və sürprizləri ilə bizi sevindirən metropolitenin işçilərinə, məncə, kobudluq heç yaraşmır. Gərgin iş şərayitidir, gündə minlərlə insan görürlər. Bütün bunları anlayırıq. Ancaq bu, gülümsəmə bir yana, sərnişinlrə kobud cavab verməyə dəlalət etmir axı… Vay o günə ki, stansiyada hansı tərəfə çıxmalı olduğunu unudub onlardan soruşasan. İndiyə kimi aldığım cavabların 80%-i səhv olduğu üçün vaxtıma qıyıb məlumat lövhələrini bir-bir oxuyuram. Məncə, cavan və yaxud yaşlı fərqi yoxdur, sadəcə mühit bunu yaradır. Çox gözəl olardı ki, digər sosial aksiyalar kimi, metro işçiləri də gülərüz xidmət, xoş ünsiyyət devizinə keçsin”.

“Modern.az” İnformasiya Agentliyinin müxbiri Gülşən Raufqızı isə bu probleminin əvvəllər yaşandığını vurğulayıb:

“\”Bakı Metropoliteni” QSC “Bakı kart” sisteminə keçməmişdən əvvəl qeyd olunan problem var idi. Hansı ki, həmin vaxt metropolitendə xəzinələr fəaliyyət göstərirdi. Xəzinədar xanımlar həm köhnə metro kartlarını satırdılar, həm də həmin kartlara gediş haqqı yükləyirdilər. Bəzi vaxtlarda sərnişinlə kobud rəftarına görə xəzinədar xanımlara sərt şəkildə etirazımı bildirdiyim də olub. Sevindiricidir ki, sərnişinlərin hər hansı şəkildə bu cür işçilərdən asılılığı qalmayıb. Yeni kart almaq istəyən, yaxud gediş haqqı yükləmək istəyən çox asanlıqla \”Bakı kart\” aparatlarından istifadə edir. Bu baxımdan son bir il ərzində metropoliten işçilərinin hər hansı kobud davranışı ilə qarşılaşdığımı deyə bilmərəm”.

P.S. Redaksiyamız “Xətai” metro stansiyasının yaxınlığında yerləşdiyi üçün gün ərzində iki dəfə yolum bu stansiyadan keçir. Hərəkətə nəzarət edən haradasa 20 yaşlı xanımın ağzındakı saqqızı marçıldadaraq “məşğulliyyət” etməsi bir yana, sanki səsinin diapozonunu yoxlayırmış kimi \”Çəkil, çəkil orada\” sərnişinlərlə kobud davranışına da birmənalı olaraq göz yummaq mümkün deyil. Digər əməkdaşlarla söhbət edərkən kursu yeni bitirdiyi aydın oldu. Məhz buna görə, gənc kadrların vəzifələrini necə yerinə yetirirlər? sualına cavab tapmağa çalışdıq.

Gülşanə Mustafayeva
İnterpress.az