Afrikanın yeni dolanışıq qapısı – FOTObackend

Afrikanın yeni dolanışıq qapısı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Nil çayı timsahları Afrika növləri içində ən böyüyü olduğu kimi, həmçinin dünyanın ən ölümcül heyvanıdır. Boyu beş metrə, çəkisi 750 kq-a qədər çıxan bu timsahlar aqressivlikləri ilə tanınırlar.

Təbii şəraitdə insanlara hücum etmələrinə tez-tez rast gəlinir. Bütün hücumlar qeydə alınmadığı üçün, tam rəqəmlər bilinmir. Nil timsahlarının Afrikada hər il yüzlərlə adamı öldürdüyü deyilir.
Collins Muekenin Keniyadakı Kitui bölgəsində timsah fermasında 33 mindən çox timsah var.
Çində timsah ətinə tələbin çox olması, ölkə içində restoran və turistik otellərdə artan satışlar səbəbiylə fermanın fəaliyyəti hər zamankindən daha yaxşı işlədiyi bildirilir..

Timsah əti ağ rəngli, dadı isə toyuğa bənzəyir. Timsah dərisi 15 dollardan başlayaraq satılır. Bu dəridən ayaqqabı, çanta və kəmər hazırlanır.
Fermada həm gölməçələr həm də quru sahələr var.
Timsahlar balıq, qana bulanmış qarğıdalı və ətlə bəslənir. Timsahların qaçmasının qarşısını almaq üçün çuxur sahələrdə saxlanılır. Fermanın 246 işçisi var.

Timsahlar 8 yaşına çatdığında əti yeməyə uyğun olur və ovlanaraq satılır.
Timsah yumurtaları toplanaraq ayrı bölmələrdə yeni timsah balaları çıxarılır.

Bu çuxurların təmiz saxlanılması xəstəliklərin yayılmasının qarşısını almaq baxımından əhəmiyyətlidir. Baytar, timsahların xəstəlik və zədə təhlükəsinə qarşı davamlı nəzarət altında saxlanmalarının lazım olduğunu söyləyir.

Səlahiyyətlilər, Nil timsahlarının nəsli tükənmə təhlükəsi olmadığı üçün bir problem görmür. Lakin cütləşdirmə mərhələsində ərazi alışı, məsləhət və mütəxəssislərin köməyi üçün 500 min dollarlıq sərmayə lazım olduğu bildirilir.

Afrikanın yeni dolanışıq qapısı - FOTO

Afrikanın yeni dolanışıq qapısı - FOTO

Afrikanın yeni dolanışıq qapısı - FOTO

İnterpress.az