Ağanbekyanla Sərkisyanın gizli danışığı…backend

Ağanbekyanla Sərkisyanın gizli danışığı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– “Məndə olan kobud hesablamalara görə, iqtisadi durumuna görə Ermənistan bu gün dünyanın 170 ölkəsindən 130-cu yerdədir. Məsələn: İqtisadi cəhətdən böhran vəziyyətində olan Rusiya da adam başına olan gəlirə görə Ermənistandan 3-4 dəfə yuksəkdədir. Burada kənd təsərrüfatının inkişafı sənayedən irəlidədir. Bu isə o deməkdir ki, Ermənistan artıq sənaye ölkəsi deyil. SSRİ dövründə Ermənistan əsl sənaye ölkəsi idi. Başa düşürsünüz? Ermənistan qabaqcıl inkişaf etmiş sənaye ölkələrindən biri idi. İndi hər şey dağıdılıb.
2006- cı ildə mən öz təşəbbüsümlə bura gəldikdə bir sıra göstərişlər vermişdim və bunun müsbət nəticələri olmuşdu. Amma indi Ermənistan çox yavaş inkişaf edir, hətta bu inkişaf heç nəzərə də çarpmır”.
Müxbirin “Bəs Sizin fikrinizcə nə etmək lazımdır?” sualına o, belə cavab verib: “Xüsusi proqram lazımdır. İndi mənim də yaxşı tanıdığım Ermənistanın yeni baş naziri Karen Karapetyanın başçılığı ilə yeni hökumət yaradılıb. Vaxtilə mən onunla məşğul olmuşam. Ona böyük ümidlər bağlamaq olar. O, müstəqil adamdır, əsas odur ki, iş görsün”.
Müxbir: İndi Ermənistan əhalisinin çoxunun banklara böyük məbləğdə borcları var, hansı ki, statistikası aydınlaşdırılır. Banklardan çox yüksək faizlə aldıqları kreditləri ödəyə bilməmələri səbəbindən çoxları küçələrə atılır. Mülkləri əllərindən alınır. Nə etməli?
-“Bu daha çox bankların baş ağrısıdır. Banklar kreditləri daha əsaslandırılmış şəkildə təşkil etməlidirlər. Kredit məsələsində vətəndaşlara qarşı çox pis davranırlar. Bir bankdan kredit alana o biri banklar kredit verməməlidir. Bu ən çox bankların öz günahıdır”.
Müxbir: Bizim dövlət indiyə qədər monopolistlərə və oliqarxlara qarşı heç nə edə bilmir, bu sahədə nə etmək olar? Yeni baş nazir bu barədə deyib, amma ona ümid etmək olarmı?
-“Mən düşünmürəm ki, yeni baş nazir monopolistlərə və oliqarxlara qarşı müharibəyə başlayacaq. Bunu qanun çərçivəsində yavaş-yavaş onlardan daha çox götürməklə etmək olar. Onlara üz vermək və ya onları ləğv etmək də olmaz. Yavaş-yavaş sıxışdırmaq, yüngül təzyiqlər göstərərək məhdudlaşdırmaq lazımdır. Həddən artıq harınlamışları isə birdəfəlik dayandırmaq olar. Erməni oliqarxları nədir ki, xarici oliqarxlarla müqayisədə onlar bir cırtdandırlar. Ilk olaraq onlara kömək edənləri və faydalandıranları həbs etmək lazımdır. Bunları etmək olar, amma hələ Sərkisyan baş nazir olanda ona ən vacibini demişəm. O, məndən soruşdu ki, nə etmək olar? Məndə cavab verdim ki, öncə bir çox sadə problemləri həll etmək lazımdır. Siz gərək Rusiyada və başqa xarici ölkələrdə yaşayan 11 nəfər ən yaxşı həm də imkanlı erməniləri tapıb onların hər birinə bir vacib sahəni tapşırasınız. Başqa heç nə etmək lazım deyil, sadəcə siz gərək onlar üçün hər cür şərait yaradasınız. Bu zaman onlar sizin əvəzinizə bütün işləri layiqincə görəcəklər.
O isə məndən soruşdu ki, nə vaxtsa belə təcrübə olub? Dedim ki,bəli olub və mən özüm bunun iştirakçısı olmuşam. 1957-61 ci illərdə alimlərin Moskvadan və Leninqraddan Sibirə köçürülmələri zamanı bütün akademiklərin 20%-i bu işə cəlb edildi. Bu bütün Ukrayna alimlərinin ümumi sayından daha çox idi. Necə düşünürsünüz? Bir dəfəyə SSRİ-nin iki ən böyük şəhərlərindən 800 nəfər professorun Sibirə köçürülməsi nə deməkdir? Onların əksəriyyəti valideynlərini, övladlarını, mülklərini və yaxşı iş yerlərini buraxaraq hara getdiklərini belə bilmirdilər. Ən yaxına getdikləri yer Novosibirskdən 30 km uzaqda idi. Nə yol var idi, nə də əlaqə. Mən bu məsləhəti S. Sərkisyana hələ 2008- ci ildə vermişdim”.
Müxbir: Bəs Sərkisyana indi nə məsləhət verərdiniz?
-“Tutvuğu vəzifədən uzaqlaşmağı. O, göstərdi ki, heç nə etməyə qadir deyil. Baş nazir K. Karapetyan isə, indi yox, yaxın gələcəkdə Ermənistanin iqtisadiyyatını gərək xilas edə. O, hələ iqtisadiyyatı o qədər də bilmir, gərək yaxşı “pişə”, dərinləşə ki, sonradan onunla danışam”.

İSMAYIL TANRIVERDİ,
BDU-nun Erməni araşdırmaları ETL-in Böyük elmi işçisi.