Dünən, barəsində sus(dur)ulan parad günüydübackend

Dünən, barəsində sus(dur)ulan parad günüydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən (09.10.2016) Müstəqil Azərbaysan Ordusunun 1992-ci ildə keçirilmiş ilk hərbi paradının ildönümüydü. Sonacan gözlədim, özlərini böyük sayan və cəmiyyətin aparıcı hesab elədiyi saytlardan bu haqda çıt belə çıxmadı. Guya özəl və müstəqil olduqlarını iddia edən birilərinin gündəmində prezident İlham Əliyevin ən yeni tariximizə mörür vuracaq son tarixi çıxışına rəy və şərhlər alıb, bu çıxışın nə qədər dahiyanə və nə qədər möhtəşəm bir çıxış olduğunu sübut eləmək var idi, biriləri hələ də Rövşən Lənkəranskinin cahanşümul şəxsiyyətinin dərinliklərində yeni qatlar axtarmaqdadılar, bir başqaları da Eldar Mahmudovun və onun qanqster generallarının cinayət əməllərinin təhqiqatını bir türlü bitirə bilmillər. Yandaş media təmsilçilərinin də öz işləri olduğundan, 1992-də baş tutmuş paradı çoxdan unudublar. Zira bunlardan heç o haqda nəsə uman olmadığını bildiklərindən, “az aşım, ağrimaz başım” misalı başlarını girələməkdədilər.

Bu arada möhtərəm “Azadlıq” saytı da bu vurhavurun, bu basabasın içində Tənzilə Rüstəmxanlıya bütün cəbhələrdən hücum əmri verib (alıb da demək olar bəlkə – S.Ə). Partiyanın, “kef eliyən Parij əhlinin” kefinə baxmaqla, ara-sıra “Azadliq”da “sensasion” yazıları ilə kəndini unutdurmamağa çalışan mətbuat katibi Natiq Güləhmədoğlu Tənzilə Rüstəmxanlını öyləsinə bir \”ifşa\” eliyib ki, sanki, neçə əsrdən sonra Bastiliya Qalasını təzədən və təkbaşına fəth edib. Nə önəmli məsələymiş ki, xanım Rüstəmxanl 1999-da Əli Kərimliyə onuncaq bir qılınc bağışlayıbmış və onu qəhrəman adlandırıbmış. Indi də Natiqin çestinə dəyən nəymiş, sən demə Əli Kərimli – tənziləTənzilə xanım daha Əli Kərimlini qəhrəman hesab eləmirmiş. Allah-allah, nə böyük məsələymiş ki, Natiq Güləhmədoğlu hələ arxivində bu cür ifşaedici materialların çox olduğunu da dilə gətirməklə, toplumu bu haqda məlumatlandırmağı da lazım bilib. Amma ən maraqlısı bilirsinizmi nədir? Natiq Ədilov sonda bir ritorik sualla, Tənzilə xanımla bərabər, AXCP sədri Əli Krimliyə də müraciət eliyib. Sual da ondan ibarətdi ki, indi bu qılıncı neyliyəcəklər. Gerçəkdən mənə də maraqlı gəldi, yaxşı sualdı. Amma qılıncı neyləmək məsələsinə qərar verməzdən Natiq Ədilovöncə, gərəkdi ki, Natiq özünün arxivindən, həmin qılıncın (oyincaq qılıncın da demək olar, enində-sonunda, Əli bəyə, Natiqin təbirincə desək, haman yerddə, haman o xanım tərəfindən Misri Qılınc bağışlanmamışdı haaa – S.Ə.) təqdimi zamanı Əli Kərimlinin cabab nitqini də cəmiyyətə təqdim eləsin. Bax o zaman “qılıncla neyliyək” sualının cavabı dərhal, həm də öz-özünə bəlirlənəcək. Və hamı da görəcək ki, bir vaxtlar məhz Tənzilə Rüstəmxanlının əlindən aldıqları qılınca (oyuncağa) görə özünü xoşbəxt sayan və bu xoşbəxlikdən məst olub çapan çalanlar, bu gün Tənzilə xanımı bəyənmədikləri kimi, yenə də Natiqin təbirincə, haman o xanımın da, bu gün onu Koroğlu, çapan çalanları isə Koroğlunun dəliləri hesab etməmək haqqı ola bilər və olmalıdı.

Dünən, barəsində sus(dur)ulan parad günüydü

Dedim ya, dünən AXC-nin və AXCP-nin əzəli və əvəzsiz lideri Əbülfəz Elçibəyin Ali Baş Komandan kimi qəbul etdiyi müstəqillik dönəmimin ilk hərbi paradından bircə cümlə belə yazmıyan “Azadlıq” Tənzilə Rüstəmxanlıya cəbhə açmaqla gündəmi gerçəkliklərdən yayındırmağa üstünlük verib. Yeri gəlmişkən, Natiq Ədilov özünün, haqqında qürurla danışdığı geniş arxivindən (kompromat dosyesi də demək olar – S.Ə.) Tənzilə Rüstəmxanlı barəsində daha bir ifşa eksponatını da cəmiyyətə təqdim eliyib. O barədə bilərəkdən danışmıram, çünki belə mövzulardan və bu cür kompromatlardan istifadə monopoliyası bəlirli şəxslərə, bu işiləri şəxsi təcrübələrində öyrənərək, mütəxəssis səviyyəsində mənimsəyənlərə məxsusdu. Amma bu arada mənə məsələnin başqa boyutu maraqlı gəldi. Və düşündüm ki, nə əcəb Natiq Ədilov kimi sadiq Əli bəyçi olan bir “Azadliq” mücahidi, cəbhə fədaisi “Yeni Müsavat”ta istinad eləməyi kəndinə rəva bilib. Belə çıxır ki, kəndi işlərinə yarıyanda bunlar, bolşevikcəsinə davranmaq şakərindən hələ də əl çəkə bilmillər və bu zaman haqlı ya da haqsız olmasından, əxlaqlı ya da əxlaqsız görünməsindən asılı olmayaraq bütün vasitələri keçərli saya bilirlər. Amma, olsun, kəndiləri bilən məsləhətdi, mən sadəcə təəccübümü bildirdim.

“Yeni Müsavat” demişkən, orda da 1992-ci ilin paradı tas-tamam unudulub, sanki heç belə bir şey olmuyub. Əvəzində illərdi ki, özünü ölkənin və müstəqil mətbuatın bir nömrəsi sayan qəzetdə və qəzetin rəsmi saytında, son zamanların parlayan ulduz yazarı Elşən Musayevin Cəmil Həsənli ilə Əli Kərimliyə “od püskürməsi” günün əsas mövzusu qismində təqdim olunan yazıların sırasında yer alıb. Bu yoldaşın da, bütün işi gücü “Keçəlin dərdi-başı, bir qazan ayran aşı” misalı, ağına bozuna baxmadan müxalif cinahın personalarınnan məzələnməkdi. Haqq üçünə deməliyəm ki, adamın qələmi işlək, ritorikası da babatdı. Amma, di gəl ki, avazı yaxşı gəlsə də oxuduğu Quran deyil. Bir para söylədiklərində və yazdıqlarında haqsız da deyil, amma, ölkənin gəldiyi və ya gətirildiyi durumun ağırlığını anlamayacaq qədər ağılsız görsənmədiyi üçün, əslində riyakarlıq və yaltaqlıq eləməklə məşğuldu, o qədər. Bilirəm, bu da siyasətin gərəkdirdiyi boyutlardan biridi ki, təmsil olunduğun cinahı bütün vasitələrlə qorumaq zorundasan. Amma bu qədər aydın və aşkar “proval”ları və ölkənin uçuruma sürükləndiyini görə-görə bunu eləmək, ən yaxşı halda riyakarlıq, ən pis halda isə, xəyanətdi. Cəmil Həsənli ilə Əli Kərimlini edam eləsələr belə, bu ölkənin vəziyyətində heç nəyi dəyişməz və bu gün, yarınmaqla, yaltaqlanmaq xatirinə görünən həqiqətləri görməzlikdən gəlmək, heç dəxli olmuyan kişiləri “saalaqxana keçisi” yerinə qoymaq, nə qəhrəmanlıqdı, nə də adınnan bu qədər manipulyasiyalar edilən dövlətə və xalqa xidmət. Guya ölkəmizin ötən 25 ildə qazandığı bütün uğurlara səriksiz sahib olduğunu iddia edən iqtidar da, hakimiyyət də, artıq gizlədilməsi mümküm olmayan “proval”ların məsuliyyətini də, fiaskoya uğramın “analoqsuz” daxili və “balanslı” xarici siyasətin iflasından doğan fəsadları da üstlənmək zorundadı, buna borcludu. Və əgər ağlı başındadısa, Elşən Musayev də daha çox bundan danışmalıdı, bundan yazmalıdı, amma danışmır, yazmır. Adam nə qədər həyasız Hakimiyyətolmalıdır ki, özünün də içində, tən ortasında olduğu bir əməldə başqalarını ittiham eləməkdən utanmasın, bəzən də heç bilmədiyi, heç xəbəri olmadığı məsələlərdən yazmaqla, hamıdan ağıllı olduğunu düşünə bilsin. “Bir mandata görə vicdan satılmaz e …” – deyərək cəmiyyət qarşısına çıxan adamın özü bu mandata necə və nəyin müqabilində sahibləndiyini bilmirmi görən? Bilir əlbəttə, həm də bal kimi bilir. Bu mənada, “Ən böyük cəza evi, ən böyük həbsxana geri qalmış zəkaların, dar kafaların içidir!”- deyimi də birbaşa deputat Elşən Musayevin özünə şamil oluna biləcək bir deyimdi.

Bu arada Elşən Musayevi 1992-ci ilin paradından niyə yazmıyıb deyə heç qınamaq fikrim yoxdu. O zatən oralarını bilməz, qarışdırar, yaşından qabağa gedəndə çox şeyləri heç anlamaz da. Çünki onun indi qulluğunda durduğu və bütün vasitələrlə müdafiə etməyə çalışdığı rejim və mövcud iqtidar hər şeyi o qədər dolaşdırıb, ərəb saçına döndərib, saxtalaşdırıb ki, yaxın tarixin içindəki hər şey allaq-bullaqdı. Bir də o paraddan yazmaq üçün gərəkdi ki, mütləq həmin dövrün müdafiə naziri Rəhim Qazıyevin adını çəkə, haqqını verəsən. Bu isə, artıq nə Əli Kərimliyə rişxənd eləməkdi, nə Cəmil Həsənlini ələ salmaqdı, Nə rəsul Quliyevə laf atmaqdı, nə Əli İnsanovu lağa qoymaqdı, nə də Eldar Sabiroğlunnan məzələnməkdi. Bunların öhsəsindən çox rahat gələ bilir bu cavan oğlan, təzə deputat. Amma “Yeni Müsavat” damı 1992-ci il paradını unudub . Təbii ki unutmuyub, orda da Rəhim Qazıyev dərdinin və probleminin olduğu bəllidi. Amma bu xalqa, bu millətə o qədərini etmək haqsızlıqdı, günahdı. Rəhim Qazıyevdən kimlərinsə xoşu gəlməyə bilər, amma tariximizi və bu tatixin gerçəkdən də tarixi hadisələrini unutmaq və unutdurmaq heç kəsin haqqı deyil, kimsənin də buna cəhdi anlaşılan bir şey deyil.

Son olaraq isə, Əbülfəz Elçibəybəyə Allahdan rəhmət diləməklə, həmin tarixi günü millətimizə və xalqımıza yaşatmış, dövlətimizin və dövlətçiliyimizin tarixinə yazmış bütün kişiləri təbrik eliyirəm. Təbii ki, bu sırada dostum, bəli-bəli, doğru duydunuz, mənim son illərdə yaxından tanıdıqca ləyaqətinə, mənliyinə, mərdliyinə və şəxsiyyətinə yaxşı mənada həsəd apardığım DOSTUM RƏHİM QAZIYEV də var və o gün üçün Əbülfəz bəydən sonra təbriklərin ən çoxu da onun haqqıdı məncə. Amma bununla yanaşı o dövrün dövlət və hökumət rəhbərlərindən tutmuş, paradda istirak edən sonuncu əsgərə qədər hər kəsin haqqıydı dünən yüksək tribunalardan taa mətbu və teleefirlərə qədər hər yerdən alqışlanıb, təbriklər qəbul eləmək. Fəqət bu olmadı, ancaq bunu olmaması o parad olmuyub anlamı daşımaz və heç bir zaman da daşımayacaq. Qoca tarix yüzlərcə, minlərcə dəfə sübut eliyib ki, şahların, şahənşahların, xaqanların, çarların, sekretarların, hətta foronların və tiranların necə istəməsindən asılı olmayaraq, HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR !!!

Sərdar ƏLİBƏYLİ
İnterpress.az
https://youtube.com/watch?v=joqZiFn0hdY