Psixoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı artıbbackend

Psixoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az –ın xəbərinə görə, mərkəzin direktor müavini Rüstəm Salayev jurnalistlərə deyib ki, bu, xəstələrin sayının artması ilə əlaqədar deyil. Onun sözlərinə görə, insanlar əvvəllər psixi xəstə adlandırılmaqdan çəkinirdilər:

“Artıq vəziyyət dəyişib. İnsanlar indi çəkinmədən psixiatra müraciət edə bilirlər. Nəticədə müraciətlərin sayı artır. Məsləhət, müalicə, yardım forması anonim olduğundan dəqiq rəqəm demək mümkün deyil. Hazırda Azərbaycanda psixoloji xəstəliklərdən əziyyət çəkən kimi qeydiyyatda 80 min nəfər var. Ümumilikdə isə il ərzində dispanser qeydiyyatda olanların sayı 70-82 min nəfər arasında olur”.

Direktor müavini bildirb ki ki, müraciətlərin arasında adi məişət problemlərindən tutmuş boşanmaya qədər hər cür problemlər yer alır. Depressiyalarla bağlı da müraciətlərin çoxluq təşkil etdiyini deyən R.Salayevin sözlərinə görə, ruhi xəstəliklərlə bağlı da mərkəzə müraciət edənlər olur: “Bu il bir çox intihar halını vaxtında aşkarladığımızdan qarşısını ala bilmişik. Depressiyada olanların hardasa 20 faizi intihar etmək barəsində fikirləşir. Təbii ki, bu da çox böyük rəqəmdir”.

İnterpress.az