“Vətəndaş ərazini zəbt edib, yaşıllıq sala bilməz” –  QAYDAYA ŞƏRHbackend

“Vətəndaş ərazini zəbt edib, yaşıllıq sala bilməz” – QAYDAYA ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a ekologiya üzrə ekspert Samir İsayev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 noyabr tarixli 434 nömrəli qərarı ilə təsdiq edilmiş \”Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası\”nə şərh edərkən bildirib.

“Karbon tulantılarının miqdarını azaltmaq üçüm yaşıllıqlar salınır, ağaclar əkilir ki, karbon tullantıları neytrallaşdırılsın. Azərbaycan da bu təşəbbüsə qoşulub. Bu işə görə, beynəlxalq çərçivədə səs veriləcək. Digər tərəfdən isə Azərbaycan hökumətinin özü də yaşıllığın kütləvi şəkildə salınmasında çox maraqlıdır. Bu həvəsləndirmə metodunu ona görə tətbiq edib ki, yaşıllıq salmağa meyilli olan, bu sahədə təcrübəli şəxslər kütləvi şəkildə bu işə cəlb olunub, aktiv iştirak etsinlər. Bu iki fakta əsasən, Azərbaycan hökuməti \”Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası\”qüvvədə olandan sonra, tələblərə uyğun olaraq Nazirlər Kabineti yaşıllıqların salınması və mühafizə isə ilə bağlı sözü gedən iqtisadi həvəsləndirmə tədbirlərini görülməsi təşəbbüsünü irəli sürüb. Daha əvvəllər insanlar bu işi könüllü olaraq kütləvi şəkildə reallaşdırırdılar. İndi də bu ənənəyə qayıdılacaq. Amma bu dəfə həvəsləndirmə və mükafatlandırma tədbiləri gördükləri işin qarşılığı olacaq. Ağacları, bitkiləri isə şəhər və yaşayış məntəqələrində yollarda, sahibkar öz müəssisəinin ətrafında əkə və mühafizə edə bilər. Həm hüquqi şəxslər, həm də fiziki şəxslər bu işi görə bilərlər. Yerli İcra Hakimiyyətinin və bələdiyinin və digər dövlət qurumlarını təklif etdiyi ərazidə günü bu gündən yaşıllığın salınması mümkündür. Çünki artıq qərar qivvədədir. Yalnız vətəndaşlar qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət edib layihənin icrasına başlaya bilərlər”.

Ekologiya və Təbi Sərvətlər Nazirliyi şöbə müdiri Raqub Mirzəyev İnterpress.az-a bildirib ki, bu layihənin müəllifi ETSN-dir. Hədəf yaşıllığın salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsinə marağın artırılmasıdır. Qiymətləndirmə qanunvericiliyin tələblərin uyğun olaraq aparılacaq.. Əgər vətəndaş nəzərdə tutulmayan ərazini zəbt edib yaşıllıq salırsa bu qanuna ziddir:

“Bunun üçün birinci növbədə adiyyatı üzrə bələdiyyələrə, torpağın istifadəsidə münasibətdə olan mərkəzi icra hakimiyyətlərinə müraciət edilməlidir. Bir çox dövlət qurumlrının balansında da yaşıllığın salınması ilə bağlı torpaq sahəsi var. Bu torpaqlarda məqsəd ancaq yaşıllığın salınması olmalıdır. Vətəndaş bu ərazidə digər xidmətlər, (iaşə obyektlərin nəzərdə tutur) fəaliyyət göstərə bilməz. Mükaflandırma prosesində isə yaşıllıqların (ağac və həmişəyaşıl kolların) salınması üzrə nəticələrin qiymətləndirilməsində ərazinin iqlimi, torpağın ekoloji vəziyyəti, bitmə zonalarına uyğun bioloji inkişaf normaları (faizləri), aqrotexniki xidmət, kənar müdaxilələrdən (mal-qaranın otarılması, kəsilmə və zədələnmə halları) mühafizə olunması vəziyyəti əsas götürülür və dağ zonası üçün dəmyə salınan yaşıllıqlarda bioloji inkişaf norması – 65 faiz, dağ və dağətəyi zona üçün – 70 faiz, aran-mexaniki suvarılan zona üçün – 70 faiz, bütün zonalarda damcılı suvarılan yaşıllıqlarda – 80 faiz nəzərə alınacaq. Bununla bağlı hər qurumda mütəxəssislərdən ibarət komissiyalar yaradılır. Bu komissiyyalar nəticələrə uyğun olaraq, vətəndaşı iqtisadi həvəsləndirib, mükafatlandırmanı həyaat keçirəcək. Bu proses isə hər il sentyabr ayında olacaq\”.

Şöbə müdiri əlavə edib ki, vətəndaşa yaşıllıq salınması üçün torpaq sahəsi veriləndən sonra ilk növbədə həmin ərazi su təchizatı ilə təmin olunmalıdır. Və əvəzsiz olaraq əkin materiallarından, digər avadanlıqlarla təmin olunmalıdır.

Gülşanə Mustafayeva
İnterpress.az