“Hər kim eşşək pendirindən gündə bir dilim yesə”…backend

“Hər kim eşşək pendirindən gündə bir dilim yesə”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, çox nadir sayılan bu pendir eşşək südündən hazırlanır, bu süd isə zülallar, kalsium və omega 3 yağ turşularlı ilə zəngindir. Bu maddələr ürək-damar sisteminin sağlamlığının qorunub saxlanmasında mühüm rol oynayır.
Məqalədə deyilir ki, getdikcə daha çox adamın orqanizmlərinin inək südü və pendirinə dözümsüz olduğunu iddia etdikləri bir vaxtda eşşək südü alternativ kimi cəlbedici görünür.
Lakin eşşək pendirinin qiyməti elədir ki, onu supermarket piştaxtalarında görmək çətin mümkün olsun.

"Hər kim eşşək pendirindən gündə bir dilim yesə"...

Supersağlam qida elan edilmiş eşşək pendirinin kilosu 880 funt sterlinqdir (1890 manat).
\”The İndependent\” yazır ki, dünyada eşşək pendirinin yeganə istehsalçısı Slobodan Simic-in ferması Serbiya paytaxtı Belqraddan 50 kilometr məsafədəki Zasavitsada yerləşir.
Biznesə 16 il əvvəl cəmi 12 eşşəklə başlayan Simic-in indi 300 baş sürüsü var.
Pule adlanan pendirin belə bahalığına səbəb odur ki, 1 litrlik pendirin alınması üçün 25 litr eşşək südü lazım gəlir.
Bundan başqa eşşəklər bir qayda olaraq inək və keçirlədən daha az süd verirlər.
Simic-in fermasında eşşəklər gündə üç dəfə əllə sağılır.
Lakin eşşək pendirinin yaradılması zamanı ortaya çıxan ən böyük çətinlik eşşək südünün təkibində kazein adlı zülalın kifayət qədər olmamasıdır. Bu isə pendirin hazırlanmasında qatılaşdırıcı agent sayılır. Simic-in bu problemin öhdəsindən necə gəlməsi çox cidd-cəhdlə qorunan kommersiya sirridir.
Bu pendirin dadını təbii ki, çox az adam bilir, amma məşhur tennisçi Novak Djokovic deyilənə görə eşşək pendirinin azarkeşidir.

"Hər kim eşşək pendirindən gündə bir dilim yesə"...

Bir neçə il əvvəl belə bir söz çıxmışdı ki, guya tennisçi bir illik qlobal eşşək pendiri məhsulunun hamısını alıb. Sonralar Djokovic bu iddiaları rədd etmişdi.
Bir də əfsanəyə görə eşşək südünü Kleopatra xoşlayırmış. Deyirlər ki, o, bədənini cavan saxlamaq üçün eşşək südündə çimərmiş.
Eşşək südünü başqa südlərdən fərqləndirən xeyirli keyfiyyətlər var. Məsələn eşşək südündə C vitaminin miqdarı adi süddəkindən 60 dəfə çoxdur, amma yağlılığı cəmi 1 faizdir.
Deyirlər ki, guya eşşək pendirindən gündə bircə dilim yeməklə astma və bronxitin öhdəsindən gəlmək olar.
Amma kilosu 2000 manata olan pendirdən gündə bir dilim necə yeyəsən?

İnterpress.az