İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə alma sirkəsi bədəndə yağ yığılmasının qarşısını alır. Diqqət yetirilməsi lazım olan əhəmiyyətli bir nöqtə, bu məhlulun istifadə edilən sirkənin təbii sirkə olmasıdır. Çünki hazır olaraq satılan sirkənin içərisində bir sıra kimyəvi maddələr olduğuna görə çəki azaltma təsiri məhdudlaşır.
Bal arıqladırmı?
Bu qarışıqda balın ən əhəmiyyətli faydası iştahanı kəsmə xüsusiyyətidir. Bal iştahı kəsərək arıqlamağa köməkçi bir rol oynayır. Eyni zamanda qan şəkərini də tənzimləyici xüsusiyyəti vardır.
Suyun arıqlamağa təsiri:
Su bədəndə yığılan şişin çəkilnəsini asanlaşdırar. Çəki itirmək üçün ən böyük faktorlardan biri sudur. Ancaq bu suyun soyuq olmaması lazımdır. İlıq su olmasına diqqət edin. İlıq su bədəndəki yağların əriməsini və çölə atılmasını da asanlaşdırır.
Ballı-sirkəli ilıq su məhlulu necə hazırlanır?
1 stəkan ilıq su, 2 çay qaşığı alma sirkəsi, 1 çay qaşığı bal.
1 stəkan ilıq suyun içərisində sirkə və balı qarışdırın. Hazırladığınız qarşığı gündə 3 dəfə yeməkdən 25-30 dəqiqə əvvəl acqarına için. Hazırladığınız bu məhlulu 3 həftə boyunca nizamlı olaraq qəbul edin. Bu müalicə sayəsində qarın, bel və bud bölgələrinizdəki yağların əridiyini və çəkinizin azaldığını görəcəksiniz. Ayrıca bu məhlulun tətbiqi ilə gündəlik edəcəyiniz yarım saatlıq gəzinti çox daha sürətli nəticə almağınızı təmin edəcək.
Alma sirkəsinin faydaları:
Qəbizliyə qarşı yaxşı təsir göstərir və onu aradan qaldırır.
Yara olan bölgələrin yaxşılaşmasını asanlaşdırır,
Sızanaqları sürətlə yox edir.
Alma sirkəsi diş ağardılmasında da çox təsirlidir. Diş fırçanızı alma sirkəsinə batırın və dişlərinizi o şəkildə fırçalayın.
İnterpress.az