İnterpress.az xəbər verir ki, “Vətəninfo.az” saytına hücuma məruz qalıb. İnterpress.az dərc olunan məlumatın mətnini olduğu kimi təqdim edir:
Azərbaycanda din adı altında yeni qruplaşma yaranır və əmirləri də Adil Rəcəbov adlı təkfirçi-xavaricdir.Məlumatda vurğulanıb ki, Adil Rəcəbov başqa mərhələyə başlamış və rayonlarda özünə və ideyasına tabe olanları seçir və təyin edir. Bakıda məscidlərdə də adamlarını gizlin təyin edir və onun ideyalarını din adı altında təbliğ edirlər. Mənbə qeyd edir ki, Adil Rəcəbovun dini zəmində qarşı durma, dindarların pozucu fəaliyyətlərə cəlb edilməsi üçün aşağakı radikal fikirləri təbliğ edir və etdirir.
1.Azərbaycan hakimiyyəti kafirdir
2.Azərbaycan darul kufr(küfr ölkəsidir)
3.Güclü olduğumuzda dövlətə qarşı üsyan etmək icazəlidir
4.Bizə qarşı olanları öldürməmək şərti ilə döymək olar.
5.Suriyada \”Ceyşul İslam\” silahlı dəstəsi düz yoldadır və cihad edir.\”Ceyşul İslam\” İslam qardaşlarımızdır.
Qeyd edək ki, məhz bu məlumat yayılmanandan sonra, “Vətəninfo.az” redaksiyasına zəng olunub. Zəng edən şəxs dərc olunan materialla bağlı görüşmək istədiyini bildirib. Daha sonra, redaksiyaya gələn Anar Əliyev adlı şəxs ilk olaraq özünü Abdullah kimi təqim edib. Ondan Adil Rəcəbovu hansı sifətlə təmsil etdiyini soruşduqda hər hansı bir açıqlama verməyib. Əksinə hədə-qorxu gəlməyə başalayıb və yayılan məlumatla bağlı sayt əməkdaşlarını Allaha tapşırıb. Hətta Adil Rəcəbovun adından burada iştirak etdiyini və lazım olsa redaksiya heyyətini onunla görüşə biləcəyini də bildirib. Baş redaktor Nahid Canbaxışlı isə redaksiyaya gələn şəxsin hansı niyyətli olduğunu anlayandan sonra, redaksiyanı tərk etməsini bildirib. Bundan sonra isə özünü Anar Əliyev kimi təqdim edən şəxs redaksiyadan çıxa-çıxa fotolar çəkməyə başlayıb. Bəlli olub ki, Adil Rəcəbov bu şəxsi redaksiyanın ünvanın öyrənməyə və təxribat həyata keçirməyə göndərib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub ki, Adil Rəcəbovun redaksiyaya göndərdiyi şəxs nəzarətə götürülsün. Redaksiya heyyəti belə dini quruplaşma üzvlərinin təxribatlara əl atacaqlarını şübhəsiz hesab edir.
İnterpress.az