Ukraynanın 60-dan çox xarici diplomatik qurumu minalanma ilə bağlı məktublar alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ukraynanın 60-dan çox xarici diplomatik qurumuna minalanma ilə bağlı məktublar daxil olub.
“Bazar ertəsi, oktyabrın 14-də Ukraynanın 60-dan çox xarici diplomatik qurumuna minalanmış binalarla bağlı anonim məktublar daxil olub. Bu rəqəm artmaqda davam edir.
Ukrayna Xarici İşlər Nazirliyinin struktur bölmələrinə də analoji məktublar daxil olub”, – departamentdən bildirilib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukraynanın diplomatik qurumlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.
Xuraman Etibarlı
İnterpress.az