8 yük maşını ət YARARSIZ oldu – 2 milyon manatlıq ət MƏHV EDİLƏ BİLƏRbackend

8 yük maşını ət YARARSIZ oldu – 2 milyon manatlıq ət MƏHV EDİLƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada kiçik yun parçasına görə 1 milyonluq ət yükü saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya KİV məlumat yayıb.

Fransanın Kale limanında dəyəri 1 milyon funta (təxminən 2 271 497 manat) çatan Britaniyadan gələn qoyun və mal əti yüklü maşınlar saxlanılıb. Buna səbəb fransız baytarların ətlərin üzərində kiçik ölçüdə yun qırıntıları aşkarlamasıdır.

Müfəttişlər bunu “çirklənmə” kimi qiymətləndirərək 8 yük maşınını müsadirə edib və məhsulların məhv edilməsi təhlükəsini yaradıb.

Britaniyanın Qida Standartları Agentliyi ətin tamamilə yararlı olduğunu bildirsə də, Fransa tərəfi yük maşınlarının geri qayıtmasına belə icazə vermir.

Qeyd edək ki, tək bir yük maşınında 120 min funt (təxminən 231 778 manat) dəyərində 1200 cəmdək daşınır. Bu məhsulların Yeni il ərəfəsində Avropa bazarlarına çıxarılması nəzərdə tutulurdu.

Xuraman Etibarlı

İnterpress.az