Səhiyyə Nazirliyinin təyinatı rezidentləri gözüyaşlı qoydubackend

Səhiyyə Nazirliyinin təyinatı rezidentləri gözüyaşlı qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, toplantıda 40-a qədər rezidentlə yanaşı, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva, Respublika Uşaq Klinik Xəstəxanasının Baş həkimi Nərgiz Qasımova və digər şəxslər iştirak ediblər.

Görüş zamanı əksər rezidentlər təyinatlarından narazı qalıblar. Hətta, bir çox rezident seçimlərin çox qərəzli və ədalətsiz aparıldığını əsas gətirərək, təyinatdan imtina ediblər.
Görüşdə iştirak edən və təyinatdan imtina edən bir neçə rezident “Ölkə.Az”-a bildirib ki, yüksək bal toplamalarına baxmayaraq, onları bilərəkdən ucqar yerlərə təyin ediblər.
“Təsəvvür edin ki, 100-dən aşağı bal toplayanları Bakıya salırlar. Amma mən keçirilən imtahanda 100 bal toplamama baxmayaraq, təyinatımı rayona verdilər. Mən də üzləşdiyim böyük haqsızlığa etiraz olaraq, təyinatımdan imtina etdim. Bu qədər haqsızlıq, ədalətsizlik olmaz! Gecə-gündüz əziyyət çəkib oxu, 10 il təhsil al, sonda da səni aparıb gərəksiz yerlərə atsınlar. Amma savadı aşağı olan və pul verən rezidentləri Bakı şəhərinə, mərkəzi səhiyyə müəssisələrinə təyin ediblər”, – deyə adının çəkilməsini istəməyən rezident əlavə edib.

Haqsızlıqla üzləşdiyini iddia edən digər rezident isə göz yaşlarını saxlaya bilməyib:

“Hamısı boş şeylərdir, təyinatlar pulla aparılır. Bakıya təyin edilənlərdən bir neçəsini tanıyıram, onlar pul verdiklərini dedilər”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, telefonlarımıza cavab verən tapılmayıb.
Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova bir müddət öncə bildirib ki, Azərbaycanda “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”na əsasən, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər:

Təranə Əhmədova deyib ki, əvvəllər Səhiyyə Nazirliyi ilərezidenturaya qəbul olanlar arasında müqavilə bağlanmırdı:
“2013-cü ildən Nazirlər Kabinetinin qərarına əsasən, rezidentlərlə nazirlik arasında “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilə bağlanılır. İndiyədək təyinat alma prosesində 242 rezident iştirak edib. Onların əksəriyyəti təyinatla getdiyi müəssisələrdə çalışır. Səhiyyə Nazirliyi ilə müqaviləsi olmayan, yaxud təyinatdan imtina edənlər sonradan mərkəzləşdirilmiş qəbulda işə qəbul olunurlar. Adətən, rezidenturanıbitirənlərin əksəriyyəti təyinatda iştirak edərək təklif olunan vakant yerlərdən seçim edirlər. Üç illik təyinat müddəti başa çatdıqdan sonra onlar işlədikləri müəssisədə fəaliyyətlərini davam etdirə bilərlər. Bunu istəməsələr, mərkəzləşdirilmiş qaydada imtahan verərək özlərinə uyğun vakant yerdə işləmək imkanları var”.

İnterpress.az