Tramp barədə yeni QALMAQAL: Epşteynin gizli sənədləri ÜZƏ ÇIXDI – FOTObackend

Tramp barədə yeni QALMAQAL: Epşteynin gizli sənədləri ÜZƏ ÇIXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Epşteyn Tramp haqda sərt ifadələr işlədib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Konqresi tərəfindən yayımlanan yeni hesabatda bildirilir.

ABŞ-də seksual cinayətlərə görə məhkum edilmiş Ceffri Epşteynin Donald Tramp haqqında dedikləri açıqlanıb.

Konqresin dərc etdiyi 20 min səhifəlik sənədlərə əsasən, Epşteyn Trampı “tanıdığı ən pis insan” adlandırıb:

“Çoxlu pis insanla rastlaşmışam. Amma heç kim Tramp qədər pis olmayıb. Onun bədənində bir normal hüceyrə belə yoxdur”.

Hesabatda həmçinin Epşteynin uzun illər Trampı izlədiyinə dair sübutların da yer aldığı bildirilir.

ABŞ mediası sənədlərin bir hissəsinin yaxın günlərdə ictimaiyyətə tam açılacağını qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az