Pişiklər sahiblərinin hisslərini hiss edir və ürək döyüntüsünü belə sinxronlaşdırır.
İnterpress.az xəbər verir ki, yeni elmi araşdırma pişiklərin insan duyğularını dərin səviyyədə qavrama qabiliyyətinə malik olduğunu üzə çıxarıb.
Alimlərin fikrincə, bu heyvanlar sahiblərinin bədənində və qoxusunda baş verən ən kiçik dəyişiklikləri belə hiss edir və bu zaman orqanizmləri müəyyən hormonlar ifraz edir.
Tədqiqatın nəticələrinə görə, əgər pişik sahibinə güvənirsə, onun beynində “xoşbəxtlik hormonu” adlanan oksitosin ifraz olunur. Bu, insanla pişik arasında emosional bağları möhkəmləndirir və insanın əhvalını tənzimləməyə kömək edir.
Mütəxəssislər əlavə ediblər ki, pişiklərlə fiziki təmas – onların toxunuşu və mırıldanması – stress səviyyəsini azaldır, həm də sahibinin sağlamlığına müsbət təsir göstərir.
Xuraman Etibarlı
İnterpress.az






