İnterpress.az xəbər verir ki, Türkiyədə iyun ayında baş tutacaq növbədənkənar prezident seçkiləri ilə bağlı \”a Haber\”in müxbirinin keçirdiyi sorğu zamanı azərbaycanlı qadının Ərdoğan haqqında dedikləri diqqət çəkib.
Sorğu zamanı çıxış edən azərbaycanlı qadın Ərdoğana olan sevgisini səmimi şəkildə ifadə edib:
“Mən prezident Ərdoğanı həyatımdan çox sevirəm. Bütün ailəm, nəslim, uşaqlarım, Azərbaycan – hamısı onun eşqindədir. Bütün Azərbaycan prezident Ərdoğanın arxasındadır. Bunu dünya bilir. Allah onu bizim başımızdan əskik eləməsin. Allah bütün kölgəsini, gücünü ona versin. O bizim həyatımızdır. İki dövlət, bir millət…”.
İnterpress.az