İnterPress.az xəbər verir ki, Almaniya, ABŞ, Ukrayna, Polşa, Çexiya, Bolqarıstan, Türkiyə və Azərbaycanda gürcü yazıçılarının əsərləri tərcümə olunacaq.
Azərbaycanda böyük gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” və müasir yazıçı və rejissor Nana Ekvtimişvilinin “Armud ağacı çəmənliyi” əsərləri özəl nəşriyyatlarda Azərbaycan dilində çap olunacaq.
Qeyd edək ki, Gürcüstanın Milli Kitab Mərkəzi ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərir. Dövlət büdcəsindən maliyyələşən mərkəzin əsas məqsədi Gürcüstan ədəbiyyatının ölkə xaricində təbliğ olunmasıdır.
İnterPress.az