Qəzzada HƏMAS komandirləri HƏBS EDİLDİ – FOTObackend

Qəzzada HƏMAS komandirləri HƏBS EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında HƏMAS komandirləri həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.

Bir neçə həftə əvvəl Qəzza zolağının cənubundakı Rəfah bölgəsində İsrail ordusu və Şin Bet təhlükəsizlik xidmətinin birgə əməliyyatı nəticəsində iki HƏMAS yaraqlısı həbs edilib.

2023-cü il oktyabrın 7-də İsrailin işğalında iştirak edənlərdən biri taqım komandiri, digəri isə təşkilatın snayper bölməsinin komandiri olub.

Bu günə qədər ərazidə çoxlu yaraqlı məhv edilib, HƏMAS-ın onlarla silahı və obyekti məhv edilib.

“Rəfah bölgəsində əməliyyat davam edir və tezliklə yeni ərazilərə və məhəllələrə yayılacaq”, – bəyanatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az