Ramzan Kadırov Putinə istefa ərizəsini GÖNDƏRDİbackend

Ramzan Kadırov Putinə istefa ərizəsini GÖNDƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş etdiyini bildirib.

İnterpress.az xəbər verir ki, Rusiya mediası məlumat yayıb.

“Mən də bu söz-söhbətləri eşitmişəm. Onlar cürbəcür şeylər yazır. Əksinə, mən özüm xahiş edirəm ki, vəzifəmdən azad olunum.

Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, xahişim dəstəklənəcək”, – Kadırov bildirib.

“Kadırov Putinə məktub göndərərək istefa vermək istədiyini bildirib.

Qafqazda belə bir atalar sözü var: “Qonaq nə qədər hörmətli, gözlənilən olsa da, vaxtında getsə, daha xoş olar”, — media Kadırovdan sitat gətirib.

Çeçenistanın bəzi departamentlərində Putin və Ramzan Kadırovun yanında Adam Kadırovun portretləri asılıb.

Xuraman Etibarlı

İnterpress.az