Dietoloqlar odda bişən ən təhlükəli yeməklərin adını AÇIQLADILARbackend

Dietoloqlar odda bişən ən təhlükəli yeməklərin adını AÇIQLADILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dietoloqlar odda bişən ən təhlükəli yeməklərin adını açıqlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə dietoloq və tibb elmləri namizədi Darya Rusakova bildirib.

“Kolbasa, sardel və marinadlanmış ət (məsələn, qabırğa) açıq odda bişirilən ən zərərli yeməklərdir. Qızardılan zaman bu qidalar ən çox kanserogenləri əmələ gətirir ki, bu da xərçəng riskini artırır”, – həkim deyib.

Onun sözlərinə görə, çoxlu duz və mayonez olan kabab orqanizmdə mayenin tutulmasına səbəb ola bilər.

“Bundan əlavə, kabablar tez-tez böyük miqdarda duz, şəkər və mayonez ilə marinadlanır. Bütün bunlar bədəndə mayenin saxlanmasına gətirib çıxarır ki, bu da böyrək funksiyasını pozur və təzyiq artımlarına səbəb olur”, – həkim izah edib.

Yağsız ət və ya quş əti seçmək, onları aşağı istilikdə bişirmək və bitki mənşəli marinadlardan istifadə etmək daha təhlükəsizdir.

Bu, zərərli maddələrin əmələ gəlməsini azaltmağa kömək edir.

Xuraman Etibarlı

İnterpress.az